Banklar
“Atabank” cinayətkar bir bank idi və vəsaitləri xaricə daşıyırdı - Vahid Əhmədov
“Aprelin 27-də Mərkəzi Bank 4 bankın idarəçiliyini özü üzərinə götürüb. Aprelin 28-də isə “Atabank” və “Amrahbank”ın lisenziyasını ləğv edib. İki bank isə hələlik gözləmədədir”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bugün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, bankları bağlamaq yox, birləşdirmək lazımdır: “Ümumiyyətlə, banklarla bağlı dəfələrlə Milli Məclisdə mən və həmkarım Əli Məsimli danışmışıq. Banklarla bağlı qərar alanda əvvəlcə xalqın problemlərini diqqətə almaq lazımdır. Bu iki bankda əmanətlərin təxminən 850 milyon manata yaxını var. Bu vəsait isə dövlət büdcəsi hesabına qarşılanmalıdır. Olmazdı ki, Mərkəzi Bankın rəhbərliyi vaxtında bu bankların sağlamlaşdırılması üçün addım atardı? Niyə bankların birləşdirilməsi ilə bağlı addım atılmır, birbaşa bağlayırlar?”
Deputat həmçinin bildirib ki, “Atabank” cinayətkar bir bank idi və vəsaitləri xaricə daşımaqla məşğul idi: “Amma digər banklarla bağlı alınacaq qərarlar önəmlidir. Bankların daha çox birləşdilməsi və sağlamlaşdırılması ilə bağlı qərar qəbul olunsun”.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz






.png)












.jpg)



















