Banklar
Elman Rüstəmov: "Günahı özlərində axtarmalıdırlar"
"Azərbaycan Mərkəzi Bankının (AMB) və ümumilikdə dövlətin hər hansı banka qeyri-obyektiv münasibəti yoxdur".
Publika.az xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov REAL TV-nin efirində deyib.
"Dövlət banklara lisenziya verib, onların inkişafı üçün hər cür şərait yaradıb. Təkcə XXI əsrdə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox böyüyüb, bank sektoru da buna uyğun olaraq qazanmalı, böyüməli və kapitallaşmalı idi. Bəzi banklar bu imkandan istifadə ediblər və bu gün ayaq üstə möhkəm durublar, bəziləri isə bunu etməyiblər. Bu gün bağlanan bankların sahibləri heç kimi günahlandırmalı deyil, problemi özlərində axtarmalıdır.
Bu gün bəzi ekspertlər danışanda mən təəccüblənirəm, çünki onlar peşəkardır, bank qanunvericiliyini bilirlər, amma deyirlər ki, dövlət bankları xilas etməlidir. Dövlətin belə bir vəzifəsi yoxdur. Dövlət yalnız əmanətçilər qarşısında götürdüyü öhdəliyə əməl edə bilər. Bunun üçün əmanətlərin sığortalanması ilə bağlı mexanizm var və banklar kollektiv şəkildə birləşərək dolayısı ilə əmanətçilərin pulunu qaytarmalıdır. Məlum 4 bankın əmanətçiləri ilə bağlı məsuliyyət bundan sonra bazarda qalmış 26 bankın üzərinə düşür. Problemlə üzləşmiş banklar sistem əhəmiyyətli banklar da deyil ki, dövlət onları xilas etsin. Onların bazar payı ayrı-ayrılıqda 1%-ə çatmır, ümumilikdə 3%-dir, hamısı özəl banklardır. Dövlətin məsuliyyəti yalnız dövlət bankı üçün ola bilər, o da bankda dövlət payı çox olanda. Qanunvericilik və ənənə belədir.
Ötən il problemli kreditlərlə bağlı Azərbaycanda dünyada nümunəsi olmayan bir addım atıldı. Bu yolla həmin özəl banklara çox böyük yardım göstərildi. Bundan artıq dövlətin edə biləcəyi bir şey yoxdur", - deyə o, qeyd edib.
-
Region15:10Ermənistanın "dolu lənət"i davam edir - VİDEO
-
Region14:5313 yaşlı qız enerji içkilərinin qurbanı oldu - Futbol klublarına çağırılırmış
-
Region14:14Turistlər Opera Teatrının qarşısında ölümcül döyüldülər - VİDEO
-
Avropa13:50Qara dənizdə nə baş verir? - NATO təyyarəsindən qeyri-adi uçuş
-
Ekologiya13:20Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə13:00Xəstəxanaların həyətində xoşagəlməz görüntülər - Orqan qalıqları... (VİDEO)
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə






































