Bu banklarda əmanəti qalanların NƏZƏRİNƏ
Bizi izləyin

Banklar

Bu banklarda əmanəti qalanların NƏZƏRİNƏ

Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsinə başlanıb.

Publika.az xəbər verir ki, bu banklarda qalan vəsaitlərin qaytarılması üçün üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib

Məlumata görə, “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödənilir.

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küç., 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “NBC Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər ərizə formalarını 16 iyun 2020-ci il tarixindən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.

LƏĞV PROSESİNDƏ OLAN “AG BANK” ASC-də

QORUNAN ƏMANƏTÇİLƏRƏ KOMPENSASİYALARIN VERİLMƏSİ ÜZRƏ

“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC-nin FİLİAL ŞƏBƏKƏSİ

Sıra № “AG Bank” ASC-nin filialları Filialların ünvanı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filialları Filialların ünvanı və əlaqə nömrəsi

BAKI ŞƏHƏRİ ÜZRƏ

1 VİP filialı İçəri Şəhər, Qüllə küç., 16 MXD (Baş ofis)

Nizami küç., 67

3 Baş ofis C. Məmmədquluzadə küç., 102A Xətai filialı Nobel pr., 23

4 Sahil filialı Azadlıq pr., 64 Abşeron filialı İzmir küç., 1033

6 Nəsimi filialı S. Vurğun küç., 116 Nəqliyyat filialı

S.Rəhimov küç., 38

7 Elmlər filialı İ.Qutqaşınlı küç., 89 Yasamal filialı İnşaatçılar pr., 44, 533-cü məhəllə

8 Kaspian filialı Cəfər Cabbarlı küç., 44 Bakıxanov şöbəsi Məmmədcəfər Cəfərov küç., 28

9 Nərimanov filialı Koroğlu Rəhimov küç., 3A Nərimanov filialı Akademik Həsən Əliyev küç., 94

10 Qaradağ filialı Salyan şosesi, “Şelflayihətikinti” İB-nin ərazisi Qaradağ filialı Neftçi Qurban Abbasov küç., 29

11 Uğur filialı Lökbatan qəs., "Yeni Bazar" ticarət kompleksinin ərazisi Mətbuat şöbəsi Mətbuat pr., 23M

12 Mərkəz filialı Əziz Əliyev küç., 9

Səbail filialı

210-cu məhəllə, Lev Tolstoy küç., 191

13 Xətai filialı Yusif Səfərov küç., 23a

14 Yasamal filialı Ə. Haqverdiyev küç., 574-cü məhəllə, 5 saylı bina

15 Çıraq şöbəsi Ə. Cəlilov küçəsi 14/1

REGİONLAR ÜZRƏ

16 Ağdaş filialı Ağdaş ş.,

Heydər Əliyev pr., 103 Ağdaş filialı Ağdaş ş.,

Heydər Əliyev pr., 103

17 Sumqayıt filialı Sumqayıt ş.,

Sülh küç., 30c-u kvartal. Sumqayıt filialı Sumqаyıt ş.,

S. Vurğun küç., 112/14

18 Gəncə filialı Gəncə ş.,

Heydər Əliyev pr., 125 Gəncə filialı Gəncə ş.,

Heydər Əliyev pr., 696

19 Salyan filialı Salyan ş.,

T. Xəlilbəyli küç., 77 Salyan şöbəsi Salyan ş.,

Heydər Əliyev küç., 103

20 Yevlax filialı Yevlax ş.,

Heydər Əliyev pr., 28 Yevlax filialı Yevlax ş.,

Heydər Əliyev pr., 27

21 Şamaxı filialı Şamaxı ş.,

Şirvani küç., 67 Şamaxı filialı Şamaxı ş.,

M. Ə. Rəsulzadə küç., 85

Oxumağa davam et
Reklam
Reklam

Gündəm