Banklar
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edildi
23 noyabr 2026-cı il tarixində Bir ekosisteminin rəhbəri Fərid Hüseynov və ekosistemin idarəetmə komandasının təmsilçiləri Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AFCA) Baş katibi Jiamning Qi-nin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Publika.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Bir ekosisteminin baş ofisində keçirilən görüşdə X Beynəlxalq Bankçılıq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər. Heyətə AFCA rəhbərliyi ilə yanaşı, Çin Banklar Assosiasiyası, Çin Kənd Təsərrüfatı Bankı, “Tianfeng International Securities Group”, Macarıstan Banklar Assosiasiyası və digər qurumların nümayəndələri daxil olub.
Qonaqlara Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan Bir-in fəaliyyəti, inkişaf modeli və rəqəmsal həlləri barədə təqdimat edilib. Ardınca tərəflər banklar və fintex şirkətləri arasında tərəfdaşlıq, rəqəmsal ekosistemlər, süni intellekt və digər innovativ həllər üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə Bir ekosisteminin beynəlxalq maliyyə qurumları ilə əlaqələrinin genişləndirilməsi və qlobal texnologiya trendləri üzrə təcrübə mübadiləsi imkanları diqqət mərkəzində olub. Eyni zamanda, Azərbaycanın Orta dəhlizdə tutduğu strateji mövqe, regional iqtisadi və nəqliyyat-logistika əlaqələrindəki rolu vurğulanmaqla, rəqəmsal ekosistemin inkişafı və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq perspektivləri qeyd olunub.
Qeyd edək ki, 2017-ci ildə yaradılmış və baş ofisi Pekində yerləşən AFCA 30-dan çox ölkədən maliyyə institutları arasında beynəlxalq əməkdaşlığı genişləndirmək, bilik mübadiləsini təşviq etmək və sektorda innovasiyaları dəstəkləmək məqsədilə fəaliyyət göstərir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO





































