Banklar
Bağlanmış bankların 24 minə yaxın əmanətçisinə kompensasiya ödənilib
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 23,9 min qorunan əmanətçisinə 597,558 milyon manat kompensasiya ödəyib.
Publika.az fonda istinadən xəbər verir ki, “AGBank”ın 4,5 min əmanətçisinə 105,4 milyon manat, “NBC Bank”ın isə 4,1 min əmanətçisinə 225,5 milyon manat, “Atabank”ın 9,6 min əmanətçisinə 234 milyon manat, “Amrah Bank”ın 5,7 min əmanətçisinə isə 138 milyon manat kompensasiya ödənilib.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyalar nağdsız qaydada “Kapital Bank”ın 35 filialında ödənilir.
“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi isə nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı”nın 20 filialında həyata keçirilir.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi




































