İsrail Türkiyənin əsl hədəfini açıqladı: “Addım-addım irəliləyirlər”
Bizi izləyin

Dünya

İsrail Türkiyənin əsl hədəfini açıqladı: “Addım-addım irəliləyirlər”

İsrail Türkiyənin əsl hədəfini açıqladı: “Addım-addım irəliləyirlər”

Türkiyənin Yaxın Şərqdə artan hərbi və diplomatik nüfuzu İsraildə narahatlıq yaradıb.

Publika.az xəbər verir ki, İsrailin “Makor Rishon” nəşrində dərc olunan təhlildə Ankaranın regional siyasətinin qüvvələr balansını dəyişdirə biləcəyi bildirilib.

Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət addımları İsrailə gözlənilməz şəkildə təsir göstərə bilər.

Təhlildə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında formalaşan "Məkkə İttifaqı"na xüsusi diqqət ayrılıb. Bildirilib ki, Ankaranın əsas məqsədi region ölkələrini vahid siyasi və diplomatik platformada birləşdirərək Yaxın Şərqdə qərarların qəbuluna daha çox təsir göstərməkdir.

Məqalədə Türkiyənin son on ildə İraq, Qafqaz, Qəzza və Somali istiqamətlərində müxtəlif diplomatik təşəbbüslər və əməkdaşlıq mexanizmləri yaratdığı vurğulanıb. İsrail mətbuatının əsas narahatlığı Ankaranın regional qərar qəbuletmə proseslərində mərkəzi mövqeyə yüksəlməsi və İsrailin bu platformalardan kənarda qalmasıdır. Təhlildə qeyd olunub ki, Türkiyənin təşəbbüsü ilə İsrailin iştirakı olmadan qəbul edilən qərarlar belə Təl-Əvivin regiondakı fəaliyyət imkanlarını məhdudlaşdıra bilər.

Təhlildə Türkiyənin regional təsirinin genişlənməsinin İsrailin təcrid olunmasına, Qərblə münasibətlərinin zəifləməsinə və regional proseslərdə manevr imkanlarının azalmasına səbəb ola biləcəyi də vurğulanıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm