Banklar
Azərbaycanda əmanətlərin tam sığortalanması ilə bağlı YENİLİK
Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və dekabrın 4-də qüvvədən düşməli olan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti yenidən artırılacaq.
Bununla bağlı qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisə təqdim ediləcək.
Bununla belə, qanunun qüvvədə olma müddətinin nə qədər artırılacağı hələ ki, açıqlanmır.
Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.(Report)
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi




































