Banklar
Lombardlar qazancını artırıb - İZAHI
Azərbaycanda 2011-ci ildə 600 lombard fəaliyyət göstərirdisə, indi onların sayı dörd rəqəmlə ifadə edilir. Bankların kütləvi kreditləşməni,demək olar, dayandırması kredit axtaran vətəndaşları ya lombardlara, ya da sələmçilərə üz tutmağa vadar edib.
İqtisadçı-ekspert Vüqar Bayramovun Publika.Az-a şərhinə görə, bank sektorundakı son dəyişikliklərdən əslində daha çox faydalanan da məhz lombardlardır: “Əslində, əvvəlcədən bəlli idi ki, Mərkəzi Bankın inzibati islahatları ya lombardların fəaliyyətinə geniş imkanlar yaradacaq. Ya da banklar özləri “qara bazar” formalaşdıracaqlar. Banklar hələlik belə bazar formalaşdırmağa tələsməsələr də lombardlar artıq, demək olar, təngənəfəs olublar.Təbii ki, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Lombardlar borc verirlər, vətəndaşlar isə bundan faydalanırlar. Amma məsələ heç də, göründüyü kimi sadə deyil. Əvvəlla, banklardakı “kredit böhranı” lombardlarin təklif etdiyi borclar üzrə faizləri artırmasına gətirib çıxarıb. Səbəb da sadədir: kütləvi kedit təklif edən bank yoxdur, tələb isə yüksək olaraq qalmaqdadır. Lombardlar isə bu tələbdan yararlanmağa çalışırlar. Təbii ki, İstehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pullara tələbatın kəskin artması müşahidə edilir. Yanvar ayının yekunları göstərir ki, lombardların aylıq faiz dərəcələrində 1-1.5 % artım var. Bu isə o deməkdir ki, artıq lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik olaraq 40%-dən artıqdır”.
İqtisadçı bildirir ki, lombardlarda girovun qiymətləndirilməsi mexanizmi yoxdur: “Məsələn, bu xidmət 3000 manatlıq kredit təklif edən zamanı ən azı 5000 manatlıq qızıl-zinnət əşyalarını girov kimi tələb edilər. Bu isə o deməkdir ki, yüksək faizlə verilən pul girovun təxminən yarısı dəyərində olur. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risk faktoru yüksəkdir. Aydındır ki, əgər faizləri nisbətən aşağı olan kommersiya bankarlarına əhalinin qaytara bilmədiyi borc 1 milyard dollardan çoxdursa və son 1 ildə 10 faiz artım olubsa, deməli, “lombard borclarında” da vəziyyət ürəkaçan deyil. Bu isə o deməkdir ki, götürdüyü pulu və ya onun yüksək faizlərini geri qaytara bilmədikdə vətəndaş bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirilən girovundan da olur”.
V.Bayramovun sözlərinə görə, bu gün lobardlar əsasən
zirzəmilərdə və ya balaca qaranlıq otaqlarda məskunlaşırlar. Bu da
lombardların istənilən zaman itə və ya yerlərini dəyişə biləcəyi
deməkdir: “ Bu baxımdan, bu sahədə xidmətin davamlılığı və təminatı
ilə bağlı ciddi risklər qalmaqdadır.Vətəndaşlar bahalı girovlarını
lombarda təqdim edir, pul götürür və müəyyən ödənişlər də edir,
amma müəyyən müddətdən sonra lombardın ofisi bağlanır və təbbi ki,
sonradan onu tapmaq və girovu geri almaq əsl problemə çevrilir. Son
zamanlar, vətəndaşlardan pul alıb yoxa çıxan lombard sahibləri
barədə açılan cinayət işləri də məhz bundan xəbər verir”.
Məlum olur ki, lombardların fəaliyyətinə nəzarətin zəif təşkil
edilməsi vətəndaşların risklərdən sığortalanmasına imkan vermir:
“2002-ci ilədək lombardlar Maliyyə Nazirliyinin lisenziyası ilə
fəaliyyət göstərirdilər. Lakin həmin ildən etibarən nazirliyin
lombardlara nəzarəti aradan qaldırılıb. Amma həmin il qeyd olunan
fəaliyyət növünü lisenziyalaşdırılması dayandırılaraq, nazirliyin
siyahısından çıxarılıb. İndi hüquqi və fiziki şəxslərin sərbəst
fəaliyyət növünə çevrilmiş lombardların fəaliyyəti Mülki Məcəllə və
Vergi Məcəlləsi ilə tənzimlənir. Onlar yerli vergi idarəsində
qeydiyyatdan keçərək fəaliyyətə başlayır və öhdəliyi sadəcə
zamanında vergini ödəməkdir. Mülki Məcəllədə isə əşyanın lombard
girovu təsbit edilirş Bu isə o deməkdir ki, hətta Mərkəzi Bank da
lombardların fəaliyyətinə nəzarət həyata keçirmək səlahiyyətinə
malik deyil. Nəhayət, əgər kredit verən kommersiya banklarının və
hətta bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı
konkret tələblər varsa qanunvericikdə lombardlar üçün belə tələblər
yoxdur”.
Leyla Əliyeva
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
-
Nida Xəbər 10:00Azərbaycanda vəzifəli şəxslər həbs edildi - Aralarında rəislər də var
-
İdman09:44"Santyaqo Bernabeu" korta çevrildi: Ulduzlar rəqib, Peres hakim oldu - VİDEO
-
Hadisə09:03Qobustanda torpaq çökdü: Ölən və yaralı var - VİDEO
-
ABŞ07:47Trampdan KRİTİK AÇIQLAMA - “Ölkələrinə kimin rəhbərlik etdiyini belə bilmirlər”
-
İKT07:30Smartfonu kilidləməyin ən etibarlı yolu
-
İdman06:46Tarixə düşən qələbə - Hələ beləsi olmamışdı
-
Magazin206:16"Eşref Rüya"da növbəti ayrılıq - FOTO























.jpg)















