Banklar
"Xarici borcumuz ruslardan, ermənilərdən və gürcülərdən azdır" - AÇIQLAMA
Bu gün Maliyyə Nazirliyi Azərbaycanın xarıcı borclar ilə bağlı məlumatı açıqlayıb.
Nazirliyin məlumatına görə, hal-hazırda xarici dövlət borcu 4,753.2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.2 faiz təşkil edir. Nazirlik onu da əlavə edib ki, xarici borcun ÜDM-də nisbəti Türkiyədə 36 faiz, Rusiyada 14.1 faiz, Gürcüstanda 32.9 faiz, Macarıstanda 79.8 faiz, Slovakiyada 34.3 faiz, Çexiyada 40.2 faizdir.
Kredit vəsaitlərinin 8.1%-i 10 ilə qədər, 43,6%-i 10 ildən 20 ilə qədər, 48.3%-i isə 20 ildən artıq olan müddətə cəlb edilib. Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 11.7 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 47.1 faiz, avro – 28.8 faiz, yapon yeni – 9.5 faiz, digər valyutalar üzrə isə 2.9 faiz, o cümlədən BƏƏ dirhəmi, İslam dinarı, Səudiyyə rialı, Küveyt dinarı və İsveçrə frankı.
Məsələyə münasibət bildirən iqtisadçı -ekspert Vüqar Bayramov
qeyd etdi ki, nazirliyin xarici borc ilə bağlı rəsmi rəqəmlərinin
təhlili Azərbaycanın xarici borclarının mövcud vəziyyətinin bir
sıra müsbət və mənfi tərəflərinin olduğunu göstərir:
"Azərbaycanın xarıcı borc məbləğində diqqəti çəkən əsas müsbət
məqam ondan ibarətdir ki, ölkə xarici borcun Ümumi Daxili
Məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir.
Belə ki, bu göstərici Azərbaycanda 8.2 faiz olmaqla regionda bu sahədə ən yaxşı mövqeyı malik olan Özbəkistan (11,2 faiz) və Rusiyanı (14.1 faiz) qabaqlayır. Qonşu Gürcüstan və Ermənistan isə Ukrayna, Qazaxıstan ilə birlikdə MDB-də ən pis göstəriciyə malik ölkələr hesab edilirlər.
Azərbaycanda adambaşın düşən 647.8 dollardır və bu göstəriciyə görə
MDB-də yalnız Özbəkistana uduzuruq. Qonşu Gürcüstanda bu göstərici
2923 dollar, Ermənistanda 2755 dollar, Rusiyada 4433 dollar,
Ukraniyada 3810 dollar, Qazaxıstanda isə 7824 dollardır.
Azərbaycan misalında digər müsbət məqam isə dövlət rezervlərinin
məbləğinin xarici borcları 9 dəfəyə yaxın üstüləməsidir. Bu da
“sığorta yastığının” formalaşdırılmasına imkan verir.
Ölkəmizdə xarici borclanmanın mənfi tərəfi xarici borların
məbləğinin son illər artmasıdır. Belə ki, əgər 2011-ci ilin
əvvəlində ölkənin xarici borcu cəmi 3.7 milyard dollar idisə indi
bu rəqəm 6 milyard dollardan çoxdur. Bu isə o deməkdir ki, son 3
ildə ölkənin xarici borc məbləği 62 faizdən çox artıb.
İllik orta artım isə 20 faizdən çox olub. Azərbaycanda xarici
borcun illik yuxarı hədd limiti 2.3 milyard manatdır. Xarici
borclanmadakı artımın qarşısıının alınması üçün növbəti büdcə ili
üçün dövlət büdcəsi haqqında qanununa həmin limitin azaldılması
daha məqsədəuyğundur.
Eyni zamanda, Maliyyə Nazirliyinin mütamadi olaraq, ən azı ildə 1
dəfə, xarici borcların məbləği ilə bağlı ictimaiyyəti
məlumatlandırmasına ehtiyac var. Nazirlik son məlumatdan öncə
yalnız 2011-ci ildə xarici borcları məbləği ilə bağlı açıqlama
yaymışdı.
Bu isə o deməkdir ki, nə 2012-ci, nə də 2013-cü ildə nazirlik xarici borclanma ilə bağlı məlumatları ictimaiyyətə çatdırmayıb. Bu isə xarici borcların artım dinamikasını zamanında izləməyə imkan vermır".
İqtisadiyyat şöbəsi
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar



































