Bilgi.az
Dünya aviaşirkətlərinin ən kasıb yeməkləri FOTOLARDA
Həyatında ən azı bir dəfə təyyarəyə minən hər kəs bilir ki, uçuş zamanı verilən yemək o qədər də dadlı olmur. Mütəxəssislər hesab edirlər ki, buna görə aviaşirkətlər deyil, təbiət özü günahkardır. Belə ki, 10 min metr hündürlükdə insanların dad reseptorları pis işləyir. Amma yeməyin dadsız olması bortda qidaların yeganə mənfi cəhəti deyil. Bəzən uçuş zamanı verilən yemək o qədər pis görünüşdə olur ki, ən iştahalı adamı da küsdürə bilər.
Publika.az dünyanın müxtəlif aviaşirkətlərinin bərbad yemək menyülarini təqdim edir.
AirFrance
Bu aviaşirkətin adını eşidəndə düşünmək olar ki, orada pendirli pizza veriləcək. Lakin şirkətin verdiyi yeməyin nə olduğunu müəyyən etmək mümkün deyil
Emirates
Bu foto "Emirates Airline" aviaşirkətinin təyyarəsində çəkilib. Pizzaya oxşayan bu yeməyin ənənəvi görünüşü var. Fotonun müəllifinin şərhinə görə, elə yeganə yaxşı cəhəti də budur, dadı haqqında heç danışmağa dəyməz. Digər foto da eyni aviaşirkətə aiddir. Əvvəkli pizza hər nə olsa da, heç olmasa, isti halda verilib. Bu isə arasında köhnə pendir olan soyuq burgerdir.
Virgin Air
Bu aviaşirkətin verdiyi yemək də digərlərindən fərqlənmir. Bir dilim köhnə pendir və bir köhnə yarpaq. Aviaşirkətin aşpazı bütün sədləri aşıb.
Iberia
Bu yeməyin nə olduğu naməlumdur. Manna yarması və ya südlü pudinq? Nə bu, nə də o biri. Amma şirkətin aşpazı yeməyi pendirli pure adlandırıb. Digər fotodakı isə mənşəyi məlum olmayan blinçikdir.
Dragonair
Honkonq aviaşirkətinin sərnişini təqdim olunan yeməyi görəndə dəhşətə gəlib. Verilən yemək bişmiş kələm yarpağı ilə bəzədilib.
JetAir
Bu da Rusiya aviaşirkətində sərnişinə verilən səhər yeməyidir.
Ryanair
Şirkətin verdiyi yemək guya hamburgerdir. Amma ondan başqa hər şeyə bənzətmək olar.
AirChina
Çin aviaşirkətinin sərnişinlərinə verilən bu yemək nasist düşərgələrində verilən yeməkdən daha pisdir. Düyü bulyonun içərisində bu iki balaca ətə baxanda insanın ürəyi ağrıyır.
AirAsia
AirAsia aviaşirkətinin verdiyi bu lança baxanda bundan əvvəlki yeməklər şükürlüdür. Sərnişinlər zarafatla "tələbə yeməyindən də pisdir" deyiblər.
Gülnar Əliyeva
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar