105 yaşlı ahıl "Rekordlar" kitabında – FOTO
Bizi izləyin

Bilgi.az

105 yaşlı ahıl "Rekordlar" kitabında – FOTO

105 yaşlı yapon Xidekiçi Miyadzaki 100 metrlik məsafəni 42,2 saniyəyə qət edərək bu yaşda kişilər arasında dünya rekordunu təzələyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu uğuru ilə Ginnesin "Rekordlar" kitabına düşüb.

Dünya rekordunu doğum günündə yeniləyən qoca bunu növbəti ad gününə hədiyyə kimi qələmə verib.

O bildirib ki, uzunömürlü və gümrah olması həyatı boyu orqanizminin qayğısına qalması ilə bağlıdır.

Qoca bu idman növü ilə ötən əsrin 90-cə illərindən məşğul olmağa başlayıb.

Miyadzaki artıq ikinci dəfədir rekorda imza atır. O, 2013-cü ildə 103 yaşında 100 metrlik məsafəni 34,10 saniyəyə, bir il sonra isə 34,61 saniyəyə qət edib.

Lakin builki göstərici 42,2 saniyə təşkil edib. 100 metrə qaçış idman növü tarixində bu yaşda indiyə qədər heç kim belə göstəriciyə nail olmadığından Miyadzaki Rekordlar kitabına düşüb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm