4 uşağı ilə 16 ildir dünyanı gəzir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

4 uşağı ilə 16 ildir dünyanı gəzir – FOTOLAR

Argentinalı Herman-Kandelaria cütlüyü 16 ildir ki, dünyanı gəzir. Onlar 2000-ci ildə çıxdıqları səyahəti hələ də davam etdirirlər. Bu səyahət zamanı onların artıq 4 övladı dünyaya gəlib. Uşaqlardan ikisi xəstəxanada doğulsa da, digər ikisi avtomobildə dünyaya göz açıb.

1928-ci il model avtomobilləri ilə dünyanın ən ucqar nöqtələrinə səyahət edən cütlük çox vaxt yerli əhalinin evində qalır.

Bu günə kimi 1500 evdə qonaq olan ailə bundan sonra da səyahətinə davam etmək fikrindədir.

Herman Zappın dediyinə görə, onlar yola çıxanda ingilis dilini belə yaxşı bilmirlərmiş, ancaq heç bir maneə onların gəzmək arzularının qarşısını ala bilməyib:

"Yola çıxanda planımız 6 ay gəzmək idi. 4000 dollarımız vardı. Latın Amerikasında olarkən pulumuz bitdi. Ancaq biz geri qayıtmaq haqqında düşünmək əvəzinə, səyahətə davam etmək üçün pul qazanmağa çalışdıq. Kandelaria rəsm çəkib satmağa başladı. İndi isə səyahətimizdən bəhs edən "Spark Your Dream" adlı kitabımızdan gələn gəlirlə dolanırıq. Evimiz və pulumuz yoxdur, ancaq özümüzü zəngin hiss edirik".

Zapp ailəsi bir yerdə qərar tutmadığı üçün övladları məktəbə getmir. Ancaq ailə bundan narahat deyil. Çünki uşaqların həyata dair hər şeyi səyahət zamanı öyrənə biləcəyinə inanırlar:

"Həm mənim, həm də həyat yoldaşımın ortabab karyerası var idi. Ancaq biz hər şeyi geridə qoyduq. İnsanlar illər boyu təhsil alır, karyera qururlar ki, nə vaxtsa təqaüdə çıxanda bir-iki ölkə gəzə bilsin. Biz indi bütün insanların arzulayıb təxirə salmalı olduqları işi görürük. Fikrimizcə, övladlarımız lazımlı olan hər şeyi təbiətdən və kitablardan öyrənir".

Publika.az ailənin müxtəlif ölkələrdə çəkilmiş fotolarını təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm