Bilgi.az
Zooparkın direktoru: “Bunlar bizdən nə istəyir?” - FOTO
Bakı Zooloji Parkında çəkilən və sosial şəbəkəyə yerləşdirilən dəvənin fotosu geniş müzakirələrə yol açıb.
Publika.az-ın məlumatına görə, fotonu çəkmiş şəxs zooparkda dəvənin acından və baxımsızlıqdan bu vəziyyətə düşdüyünü iddia edib: "Bu yazıq susuz, qidasız səhrada daha gözəl dolanırdı, nəinki Bakının zooparkında".
Lakin Bakı Zooloji Parkının direktoru Azər Hüseynov bu ittihamlarla razılaşmayıb: "Dəvəyə yaxşı baxılır, hətta onun yeni doğulmuş balası da var. Bunlar bizdən nə istəyir? Dəvənin fotosunu uzanmış vəziyyətdə çəkiblər. Dəvə canlıdır və uzana bilər. Zooparkda heç bir heyvan aclıqdan, susuzluqdan, yaxud baxımsızlıqdan əziyyət çəkmir".
Qeyd edək ki, Bakı Zooloji Parkına ünvanlanmış ittihamlardan biri də parkda heyvanların saxlanıldığı qəfəslərdəki üfunətlə, xoşagəlməz qoxuyla bağlıdır. Çoxları hesab edir ki, bu, heyvanlara baxımsızlıqdan, qəfəslərin vaxtında təmizlənməməsindən, yuyulmamasından irəli gəlir.
Bakı Zooloji Parkının direktoru isə iddia etdi ki, bütün bunlar doğru deyil: "Hər bir heyvanın özünəməxsus iyi, spesifik qoxusu var. Parkın ərazisindən iyin gəlməsi qəfəslərin və heyvanların bir-birinə yaxın olması ilə bağlıdır. Bakı zooparkında heyvanlara yetərincə qulluq edilmədiyini, qəfəslərin yuyulmadığını iddia edənlər düz danışmırlar. Zooparkın volyerləri hər gün təmizlənilir, yuyulur. Özünüz istədiyiniz gün, istədiyiniz vaxt gəlib yoxlaya bilərsiniz".
Anar Tağıyev
-
Rəsmi xronika16:41Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişdi
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır


































.jpg)

.jpg)
