Bilgi.az
Avropa çempionatının ən cəlbedici futbolçuları – FOTOLAR
Hamını, xüsusi ilə kişilər futbol üzrə Avropa çempionatında hansı ölkənin qalib olacağı maraqlandırır. Amma biz bu yazıda hansı ölkənin qabiliyyətə daha yaxın olması və bu çempionat barədə proqnoz verməyəcəyik.
Publika.az bu dəfə oxucuları AÇ 2016-nın ən seksual futbolçuları ilə tanış edəcək:
Canluici Buffon
İtaliya yığmasının qapıçısı neçə ildir ki, planetin ən yaxşı qapıçısı olaraq qalır. Bunu biz yox, futbol assosiasiyası qərar verib. O, bir çox futbolçular, futbol mütəxəssisləri və məşqçilər tərəfindən ən yaxşı qapıçılarından biri kimi tarixə düşüb. Buffon "məşhur zərbə-saxlama"sı ilə tanınır. O, 2001-ci ildə 53 milyon avroya "Parma"dan "Yuventus"a transfer olunaraq tarixdə ən baha qapıçı adına yiyələnmişdi. Buffon İtaliya A Seriyasında ən çox qol buraxmadan oyun keçirmə rekordunu da özündə saxlayır.
Kriştianu Ronaldo
Portuqaliya yığmasının və "Real Madridin" hücumçusu dəfələrlə dünyanın ən yaxşı oyunçusu seçilib. Onun texnikası haqqında əfsanələr gəzir, futbolçu hər iki ayağı ilə, eləcə də başı ilə eyni dərəcədə mükəmməl qol vurur.
Kristiano Ronaldonun adı saysız-hesabsız eşq romanlarında hallansa da, qızların ona sevgisi tükənmir. Hətta futbolçunun bu yaxınlarda jurnalistin uzatdığı mikrofonu alıb gölə tullanması da onun sevilməsinə mane olmur.
Lukas Podolski
Polşa əsilli almaniyalı futbolçu Almaniya yığmasının ən yaxşı bombardirləri siyahısında 3-cü yerdə durur. O, Almaniya yığmasının həm də seks-simvol sayılır.
Antuan Qrizman
Antuan Qrizman Fransa milli komandasının və İspaniyanın "Atletiko Madrid" klubunun hücumçusudur. Fransa Albaniya ilə oyunda son dəqiqələrdə qol vurmaqla fərqlənən oyunçu az qala milli qəhrəman oldu. Fransa qrupdan çıxsa da, mavigözlü sarışın yığmanın ən populyar oyunçusu adını qazandı. Yeri gəlmişkən, 24 yaşlı futbolçu "Atletiko" ilə müqavilənin müddətini uzadıb.
Serxio Ramos
Yaraşıqlı futbolçu - Serxio Ramos İspaniya yığmasının tarixində keçirdiyi oyunların sayına görə, üçüncü yeri tutur. Peşəkar futbolçu həm də isə sevgi macəraları ilə məşhurdur.
Robert Levandovskiy
Ən məşhur polşalı futbolçu - "Bavariya" klubunun hücumçusu və Polşa yığmasının kapitanı Avropa çempionatının seçmə mərhələsində İrlandiya yığması ilə oyunda vurduğu qolla komandasını irəli çıxarmaqla fərqlənmişdi. O və xanımı Polşada Bekhemlər ailəsi qədər populyardır.
Aytən
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR