Bilgi.az
Artıq mövcud olmayan 10 peşə - FOTO
Bir zamanlar insanların qazanc yeri olan və yox olacağını xəyal belə etmək istəmədiyi, ancaq hal-hazırkı zamanda kimsənin də etməsinə gərək olmayan 10 peşəni təqdim edirik.
1. Bowling salonlarında keqel yerləşdirən
Bowling salonları həmişə günümüzdəki kimi olmayıb.
Əvvəllər keqelləri düzən və bu sahədə peşə sahibi kimi çalışan
insanlar var idi.
2. Oyatma xidməti
"Budilnik" olmayan zamanlarda hər səhər insanları istədiyi saatda
oyandıran peşə sahibləri olub.
3. Buz kəsənlər
Soyuducular ixtira olunmayan zamanlarda donmuş çay, göl və
dənizlərdən buzları kəsib evlərdə istifadə edilməsi üçün satan
insanlar var idi.
4. Düşmən qurğularını dinləmə sistemi
Radar icad edilməyən vaxt bu cihaz üzərindəki aksutik güzgülər
sayəsində yaxınlaşan hava axınlarının səsinin dinlənilməsini təmin
edirdi.
Bu cihazlar vasitəsilə dinləmələri həyata keçirən və bu sahədə peşə
sahibi olan insanlar var idi.
5. Siçovul "ovçusu"
Siçovul və siçanların artdığı zaman Avropada geniş şəkildə
xidmətindən istifadə olunan peşə sahibləri siçovul ovçuları
idi.
Onlar ölümcül xəstəliklər yayan bu heyvanları tutmaq vəzifəsini
yerinə yetirirdilər.
6. Küçənin lampalarını yandıran işçi
Elektrik lampalar icad edilənə qədər küçə lampalarını açıb-bağlayan
və təmizliyini edən insanlar var idi.
7. Kötük yönləndirənlər
Texnologiyanın inkişaf etmədiyi zamanda kəsilən və çay boyunca
irəli getməsi lazım olan kötüklər, çatdırılması lazim olan yerə
kötük yönləndirənlər sayəsində çatdırılırdı.
8. Telefon stansiyası operatoru
Telefon stansiyasında çalışan operatorlar hər bir telefon
şəbəkəsinin əvəzedilməz işçiləri idi.
Bu iş rəqəmsal formaya keçənə qədər uzaq məsafədə yaşayan
insanların bir-biri ilə danışmasını təmin edən və bənzər işləri
görən insanların vəzifəsi idi.
9. Cəsəd oğruları
XIX əsrdə qanuni yolla cəsəd tapmaq çətin olduğundan pul ilə xidmət
göstərən cəsəd oğruları var idi. Onlar məzarları açır və
universitetdə istifadə olunması üçün cəsədləri oğurlayardılar.
10. Fabrik işçilərini əyləndirmək vəzifəsi
Əl işləri ilə məşğul olan fabrik işçilərini işlədikləri vaxt
əyləndirmək vəzifəsini yerinə yetirən bu insan hündür bir yerdə
oturar və işçilərə kitab, jurnal və s. oxuyardı.
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ






.jpg)

.jpg)

.jpg)



.jpg)










.jpg)











