Bilgi.az
FƏLAKƏT: Bu ölkədə toylar bəysiz keçirilir
Suriyada altı ildir davam edən vətəndaş müharibəsi ölkədəki ənənələrin də yeni şərtlərə görə formalaşmasına gətirib çıxarıb.
Moderator.az-ın xəbərinə görə, milyonlarla suriyalı kişinin döyüşmək üçün cəbhəyə, ya da döyüşməmək üçün Türkiyə, İordaniya, Livan və ya Avropa ölkələrinə getmək məcburiyyətində qaldıqları üçün geridə buraxdıqları nişanlıları da "bəysiz" toylarla evləndirilirlər.
Xüsusilə Suriyanın kürd bölgəsindəki Qamışlı kimi şəhərlərdə bu yeni tip toyların gün keçdikcə daha çox rast gəlindiyi deyilir.



Bəysiz toylarda gəlinlər gəlinlik geyinib, saçlarını və makiyajlarını həyatlarındakı bu xüsusi günə uyğun olaraq hazırlayırlar. Sonra da ailələrlə birlikdə toy fotoşəkilləri çəkilir. Bu toylardan sonra gəlin, ya Avropaya köç etmiş nişanlısının yanına getmək ümidiylə yola çıxır, ya da toyuna gələ bilməyən kürəkənlə bir gün qovuşacağı ümidiylə Suriyada ailəsinin yanında qalmağa davam edir.
Qeyd edək ki, Suriyadakı kişi əhalisinin nüfuzu köç və döyüş səbəbiylə böyük ölçüdə aşağı səviyəyə düşüb.
Döyüşdə ölən təxminən 400 min adamın böyük hissəsi kişilərdən ibarətdir. Ölkədə sayları azalmış universitetlərdə də daha çox qız öyrəncilər təhsil alır. Bu üzdən bəzi bölgələrdə bəysiz toyların sayı artmaqda davam etməkdədir. Bəysiz toyların xərci ortalama 300 azn tutur. Bu xərc salon kirayəsi, fotoqraf və musiqi qrupunun ödənişini əhatə edir.
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO














_(1).webp)























