Bilgi.az
Yer üzünün ən isti YERİ: Ora gedən hər kəs...
1913-cü il iyulun 10-də Kaliforniyanın "Ölüm vadisi" adlı ərazisində dünya üzrə maksimum temperatur, 56,66 dərəcə isti qeydə alınıb. Amma tezliklə, yəni 1922-ci il sentyabrın 13-də Liviyada 58 dərəcə rekord temperaturun olduğu müəyyən edilib. Ümumdünya Meteorologiya Təşkilatı ən isti yer kimi Liviyanı tanıyıb.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, temperatur rekorduna 2010-2012-ci illərdə Ümumdünya Meteorologiya Təşkilatının klimatologiya komissiyası tərəfindən yenidən baxılıb. Komissiya üzvləri bəzi şübhəli məqamları üzə çıxarıblar. Məlum olub ki, tədqiqatçılar Liviyada 7 dərəcə səhvə yol veriblər. Nəticədə komissiyanın qərarı ilə Yer üzündə ən isti yer "Ölüm vadisi" sayılıb.
Keçən ayın orta temperaturu 38,8 dərəcə ilə meteoroloji müşahidələr tarixində ən isti iyun olub. Müqayisə üçün deyək ki, havanın orta temperaturu Selsi ilə 105 il ərzində 35,2 dərəcə isti olub.
"Ölüm vadisi"ndə orta hesabla havanın temperaturu ilin 190 günü 32,2 dərəcə, 140 günü 37,7 dərəcə, 89 günü 43,3 dərəcə, 18 günü 48,8 dərəcədən artıq, 3 günü 51,6 dərəcə isti təşkil edir.
Niyə "Ölüm vadisi"ndə belə istidir? Çökəklik dəniz səviyyəsindən aşağıda yerləşir, Syerra-Nevada dağ silsiləsi isə Sakit okeandan gələn nəmin qarşısını alır. Vadi ensiz olduğundan hava burada işləmir və günəş enerjisinin qarşısını ala biləcək bitki örtüyü yoxdur. Səhra isə vadiyə çox yaxındır.
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA


























.jpg)
.jpg)







