Keşişin 1 sözü ilə 912 nəfər eyni anda intihar edir - SEKTA CİNAYƏTİ
Bizi izləyin

Bilgi.az

Keşişin 1 sözü ilə 912 nəfər eyni anda intihar edir - SEKTA CİNAYƏTİ

"Mən allahın oğluyam. Siz nə məni tanıyırsınız, nə də adımı bilirsiniz. Mən Şimaldan gəlmişəm, günəşin doğuşu mənim yollarımın başlanğıcıdır. Mənim yeddi göz və yeddi buynuzum var və mən ağ atla hərəkət edirəm. Yer kürəsində olmağımın əsas məqsədi sizə Yeddinci Mələyin sözlərini çatdırmaqdır. Mən Babilistanı dağıtmaq üçün yaranmışam. Mən buraya sizin təsəvvür edə bilməyəcəyiniz yollarla gəlmişəm. Mən bu dünyada sizi sevginizə görə ifşa edəcəyəm. Sizin cavan oğlanlarınız mənim mehribanlığıma qarşı çıxış edəcəklər. Onlar məni həyatımdan götürməyə çalışacaq, amma mən qalxacam və birdəfəlik onların həyatını əlindən alacağam.

Sizin keşişləriniz öz ağılsızlıqlarına görə ağlayacaqlar. Sizin itirilmiş sürünüz elə özünüzü parçalara ayıracaq".

"SİZ ALLAHINIZIN GÖRÜŞÜNƏ HAZIRLAŞIN!"

"Xalq məbədi"

1978-ci ilin noyabrında bütün dünya "Xalq məbədi" sektasının lideri Cim Consun dünyanın sonu haqqında qorxunc fikirləri bütün aləmi silkələmişdi. KİV-də yer alan dəhşətli kadrlarda tropik meşələrin ortasında uzanan kişilərin, qadınların və uşaqların bədənləri təsvir edilmişdi. Ümumilikdə, 912 insan nümayiş etdirilirdi. Onlar öz liderinə inanırdı və sektanın rəhbəri Constaunun əmri ilə mükəmməl şəhərin tikintisinə başlayıblar. Sonra isə ona itaət etdikləri üçün zəhər içərək intihar ediblər. Müqavimət göstərənlər isə başından güllə yeyərək, o biri tərəfə yollanıblar. Uşaqların fikirlərini isə ümumiyyətlə, heç kim soruşmurdu. Körpələrə zəhərli məhlul damcıları içirdirdilər. Yaşca daha böyük uşaqlara isə anaları kağız stəkanlarda şirin içki verirdi. Birdən-birə uşaqlar huşunu itirir, sonra isə həmişəlik sakitləşirdi.

Belə ki, artıq dünya bilavasitə totalitar sektaların ölümcül təhlükələri qarşı-qarşıya qalmışdı. Sektalara girən şəxslərin beyni valideynlərinin gözü qarşısında "yuyulurdu". Hətta valideynləri belə artıq onları tanıya bilmirdi. Bu cür sektaların kriminal fəaliyyəti haqqında bütün dünyaya məlumatlar yayılırdı. Bundan sonra müxtəlif ölkələrin məhkəmələri ictimaiyyətin əndişəsini nəzərə alaraq, parlament qarşısında məsələ qaldırıb araşdırmalar aparırdı.

Lakin görülən bütün tədbirlər kifayət etmirdi və belə desək, abstrakt xarakter daşıyırdı. Artıq dünya sektaların doğrudan da öldürdüyünə şahidlik etməyə başlayır. Constaunun qurbanlarının kadrları "ölüm sahələri" şəkillərinin yanında yer alıb.

Maraqlısı odur ki, yerli təşviqat orqanları sovet kommunizmi ilə "Xalq məbədi" sektasının qohumluğunu intuitiv hesab edirdi. Cim Cons "sosializm kommunası" haqqında bir sıra məqalələr dərc edirdi. Guya CİA agentləri onu vəhşicəsinə öldürməklə təhdid edirdi. Ona görə də SSRİ-yə mühacirət etmək istəyirdi. Lakin marksizm-leninizm dini-sektantlar haqqında lazımi məlumatları bilirdi.

Hər şey Minneapolisdə başlayıb San-Fransiskoda davam edib. "İncil qrupu" Consun əhalinin kasıb və sosial hüquqlardan məhrum edilmiş təbəqəsinə yönəltdiyi tətbiqləri sevirdi.

Sadəcə bir neçə il keçəndən sonra Consun sektasına inananlar sərt qaydaları eşidəndə şayiələr bayıra sızmağa başlayır. Bu şayiələrə aid idi: maliyyə rüşvətləri, liderin ilahiləşdirilməsi, amansız cəzalar, seksual zorakılıq və insanların digər hüquqlarının pozulması. Baş verən qalmaqal hamının canına qorxu salmışdı. Cons yenə hər kəsi bu korlanmış şəhəri tərk etməyə və Latın Amerikasına yola düşməyə, gözəl, ilıq iqlimdə, bakir meşələrdə, təmiz havada, palçıqdan, əxlaqsızlıqdan, irqçilikdən və Amerika şəhərlərinin sosial haqsızlığından uzaq həqiqi dindarların olduğuna və Yer kürəsində özlərinə yeni cənnət tikəcəklərinə inandırırdı. Bütün bu sözlərdən məst olan insanlar təbii ki, tanrıyabənzər varlığın geridə qoyduğu ayaq izlərini təqib etməyə başlayır...

Zaman keçdikcə Cons artıq özünü açıq-aşkar Məsih, Budda, Peyğəmbər, Lenin və uca allahın reinkarnasiyası elan edir. Təriqət tərəfdarları isə iclaslarında xorla və yüksək səslə öz şirlərini oxuyurdu:

Mən sizə bunu deməyə məcburam,

Mən sizə bunu deməyə məcburam,

Mən sizə bunu deməyə məcburam,

Mən sizə bunu deməyə məcburam ki, Cim Cons mənim həyatımı necə dəyişdirdi.

Mən sizə bunu deməyə məcburam,

Mən sizə bunu deməyə məcburam,

Mən sizə bunu deməyə məcburam ki, Cim Cons mənim həyatımı necə dəyişdirdi.

Əvvəllər mən əzilmişdim,

Ümidlərimi tamamilə itirəndə

Peyğəmbər gəldi,

Və o məni qurtardı.

Mən sizə bunu deməyə məcburam.

Mən bilirəm ki, o Allahdır, Qüdrətli Allah,

Mən bilirəm ki, o Allahdır, Qüdrətli Allah,

Mən bilirəm ki, o Allahdır,

Mən bilirəm ki, o Allahdır,

Mən bilirəm ki, o Qüdrətli Allahdır, Qüdrətli Allah, Qüdrətli Allah, Allah!

"Qüdrətli Allah" özünü mükəmməl şəhərin ətrafını tikanlı məftillərlə mühasirəyə alandan və dişlərinə qədər silahla doldurulan keşikçilərdən sonra sübut edir. O öz mələklərlərinə xəbərdarlıq edirdi:

"Kim dünyəvi cənnəti tərk etmək istəyəcəksə, mələklərim ona qayğı göstərəcək".

İş prosesi tropik günəşin altında, rütubətdə, həmin keçikçilərin baxışları altında, digər tərəfdən də Consun isterika və bağırması ilə düz 12 saat davam edirdi.

İnsanlar iki-üç mərtəbəli evlərdə yaşayırdı. Evli cütlüklər (əgər onlara birlikdə yaşamağa icazə verilirdisə) yorğanlarla pərdələnərək başqalarından ayrılırdı. Onlar bulyon kubiklər və undan hazırlanan sous yeyirdilər, xüsusi günlərdə isə nisbətən yaxşı yeməklər olurdu. Consun xarici bank hesablarında həmin insanların milyonlarla dolları yatırdı, amma bu bədbəxtlər onun mülkiyyəti üçün pulsuz işləyirdi.

Cim Cons özü onun üçün xüsusi olaraq tikilmiş ayrıca evdə yaşayır və ləzzətli yeməklər, şirniyyatlardan dadırdı. İstədiyi qədər yatırdı və onun üçün seçilmiş şəxslə cinsi əlaqədə olurdu. İş gününün sonuna o, spirtli içki içərək, keflənir və küçələrə çıxırdı. Sektanın üzvləri isə günəşin doğması ilə birlikdə oyanmalı idi.

Ən kiçik qaydalar pozulanda insanlar amansız işgəncələr və cəzalara məhkum olurdu. Hətta uşaqlar belə əzablardan azad olmurdu. Məsələn, cəza kimi onları quyuya salırdılar, lakin boğmurdular. İnsanlar Cim Consa müraciət edərək uzun müddət qışqırandan sonra cəza sona çatırdı və saf üzvlər (bədbəxt fanatiklər) "Sənə təşəkkür edirəm, Ata!" deyirdi.

Xarici dünyayla bağlı bütün xəbərlərə ciddi nəzarət edilirdi. Yazışmalar yoxlanılırdı, ziyarətçi sayı demək olar ki, yox səviyyəsində idi. Lakin hər şeyə rəğmən bütün gerçəklər bayıra sızırdı.

Qrup üzvləri hər şeyi başqa cür təqdim edirdi: təmiz süpürülmüş küçələr, gülərüz insanlar, bir-birinin sözünü kəsərək həyatlarından məmnun olduğunu dilə gətirənlər və əsl azarkeşlər. Konqres üzvü Leo Rayan isə belə gözəl komanda haqqında "dəhşətdir" yazanlara hiddətlənirdi.

Bir gecə o, yatmağa hazırlaşanda öz yatağının yanında Constaunun əsl həyatına aid olan bir neçə qeyd tapır. Bəzi insanlar da qaranlıqdan istifadə edərək baş verən həqiqətləri ona danışır və bundan sonra konqres üzvü yata bilmir. O, səhər Consun yanına yollanmaq üçün müraciətlə "Kim mənimlə getmək istəyir?", - deyə soruşur. Bu sualdan sonra sadəcə bir nəfər irəli addım atır, ardınca isə daha biri, sonra daha biri...

"Bizi buradan aparın" – deyə camaat xahiş edirdi. "Biz burada qala bilmirik, biz həlak olacağıq, bizi öldürəcəklər". Təyyarəyə yerləşə bilənlər (daha çox xəstələr) oradan aparılır. Qalanları üçün isə bir gün sonra qayıdacağına söz verilir.

Və budur... Consun əsəbləri tavana çıxmış vəziyyətdədir. Gedənlərin arxasınca "satqınlaaarrr" deyə qışqırırdı. Təyyarə hələ havaya qalxmamış təqib qrupu dərhal ona atəş açır. Hücum zamanı bir neçə jurnalist və Rayan öldürülür. Lakin buna baxmayaraq pilotlar təyyarəni havaya qaldıra bilir.

Cons artıq hər şeyin sonunun gəldiyini anlayır. Beləliklə, əsas xalqı çağırıb son aktını elan edir. Hamıya "həyat iksirini" içirdir və şirin yuxuya göndərir. İnqilabçılar intiharla ölmək istəmədiyi üçün "yaşamaq əbədidir" – deyə uca səslə qışqırır. Consa sona qədər sadiq qalan insanlara stəkanlarda qırmızı rəngli şirin içki verilir. İnsanlar içkini içəndən sonra bunun sadəcə yoxlama olduğunu deyir. Lakin çifayda... İçkini içənlər sakit halda yerə yıxılırdı.

Və bu dəfə insanlar yerə yıxıldıqca başa düşür ki, bu, onların sonudur. Onların qorxunc qışqırıqlar altında qıc olmağa başlayır. Budur, o möhtəşəm məşq həyata keçirdi. Kimsə müqavimət göstərirdisə, ona zor gücünə zəhər yedirdirlər və ya boyununun ardından güllələyirdilər. Bu kütləvi intihardan sadəcə bir neçə insan qaçmağı bacarır. Cons gizlənməyə çalışsa da, öz keşikçisi tərəfindən vurulur.

Növbəti gün faciə baş verən bölgəyə gələn dəniziçilər cəsədlərlə örtülü talanın üstündə parçalanmış insan cəsədləri və dəhşətli qoxu hiss edir. Hesablamalara görə, ən azı 912 qurbandan 700-ü həlak olmuşdu. Qalanı isə öz əcəli ilə ölmüşdü.

Bu hadisə müasir dünyada dini totalitarlığın ölümcül olduğunu sübut edən birinci hadisə idi. Birinci idi, lakin təəssüf ki, yeganə deyildi.../Admiral.Az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm