Bilgi.az
Londonda qəribə faciə: Pivə seli - FOTO
1814-cü ilin 17 oktyabr günü Londonda heç kimin ağlına gəlməyəcək bir faicə yaşanmışdı. Belə ki, Londonda Meux and The Company adlı pivə firmasının fabrikində həmin gün qəza meydana çıxır. Bu qəzanın nəticəsində minlərlə litr pivə küçələrə axır və faciənin baş verməsinə səbəb olur.
Bir pivə sisterninin partlaması nəticəsində 610 m³ pivə ətrafa yayılmış və digər pivə sisternlərinə də domino effekti ilə təsir göstərərək, partlamasına səbəb olmuşdu. Nəticədə isə 1470 m³-dan çox pivə küçələrə dağılmış və ağlasığmaz dağıntılar meydana gətirmişdi. Bir barın divarının çökməsi nəticəsində isə məkanda işləyən Eleanor Cooper adlı xanım dağıntılar altında qalmışdı.
Bir neçə dəqiqə ərzində yaxınlıqda yerləşən George Street və New Street kasıb məhəllələrini alkoqol seli basaraq, birinci mərtəbə və zirzəmi qatında yaşayan insanların bu qəribə seldə boğularaq ölməsinə səbəb olmuşdu. Nəticədə azyaşlı uşaqlar da daxil olmaqla, 8 nəfər ölmüşdü. Bir nəfər isə alkoqol zəhərləməsindən vəfat etmişdi.Ətraf məhəllələrdə pivə qoxusu uzun müddət getməmiş və həmin regionda yaşayan insanlar həftələrlə pivə qoxusunun təsirindən çıxa bilməmişdi.
Bu faciədən sonra da uzun müddət fəaliyyət göstərən şirkət 1922-ci ildə fəaliyyətini dayandırır. Hal-hazırda həmin məkanın böyük hissəsində Dominion Teatrı fəaliyyət göstərir. 2012-ci ildən etibarən isə bir yerli pivə şirkətinin təşəbbüsü ilə həmin gün müəyyən rituallarla faciə yad edilir.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz


















.jpg)


















