Bilgi.az
Van Qoq kəsilmiş qulağını bu qıza hədiyyə edib
Üstündən bir əsr keçdikdən sonra Vinsent Van Qoqun qulağını kəsərək hədiyyə etdiyi qızın adı məlum olub. "Art Newspaper" qəzetinin araşdırmasına görə həmin qız fermer qızı olan Qabriela Berleytdir. Qabriel bir müddət fahişəxanada işləyib və Van Qoqla da elə orda tanış olublar.
Qəzet yazır ki, ola bilsin Qabrielayla Vinsent ya bir müddət birlikdə yaşayıblar, ya da sadəcə rəssamın ara sıra baş çəkdiyi yerdə tanış olaraq dostlaşıblar.
Bütün bu məlumatlar amerikan yazarı və araşdırmaçı jurnalisti Bernadet Mörfinin yaxın günlərdə çap olunmuş "Van Qoqun qulağı: Olmuş əhvalatlar" kitabında yer alıb. Müəllif qeyd edir ki, Qabrielanın qohumlarını tapıb və məlumatları onlardan alıb.
Van Qoqun kəsilmiş qulağını hədiyyə etdiyi qızın adı isə Paristəki "Pasteur" tibb institutunun qeyd dəftərçələrinin birində müəllifin qarşısına çıxıb. Sən demə 1888-ci ildə Qabrieli it dişləyib və o quduzluğa qarşı müalicə olunmaq üçün həmin xəstəxanada yatıb. Xoşbəxtlikdən ona vurulan quduzluğa qarşı peyvənd qızın həyatını xilas edib.
Lakin, o zaman cəmi 18 yaşı olan qızcığazın müalicəsi ailəsinə baha başa gəlib və ailəsi ağır borc altına girdiyindən onu fahişəxanada işləməyə məcbur edib. Beləliklə o fahişəxanaya işə düzəlib, amma yaşı az olduğu üçün onu fahişəxanaya xadimə kimi işə götürüblər.
Kitabın müəllifi Van Qoqun nəyə görə qulağını gənc qıza hədiyyə etdiyini bilmir, amma o zamanlar rəssamın psixoloji problemlərdən əziyyət çəkdiyini qeyd edir.
Müəllif həmçinin Qabrielanın sonradan evləndiyini və uzun, xoşbxət həyat yaşadığını, ancaq heç zaman Van Qoqla yaşadığı gizli münasibətindən danışmadığını bildirir.
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır






.jpg)

.jpg)

.jpg)













.jpg)











