60 inəyi ildırım vurdu
Bizi izləyin

Bilgi.az

60 inəyi ildırım vurdu

Çilidə şiddətli fırtınanın səbəb olduğu ildırım 60 inəyin tələf olması ilə nəticələnib.

Yerli rəsmilərin dediyinə görə, ildırımın bir fermaya düşməsi çoxlu sayda heyvanı məhv edib. Hadisə ilə bağlı açıqlama fermanın veterenarı bu cür hadisə ilə ilk dəfə qarşılaşdığını deyib:

"Fırtına başlayan kimi traktora minib heyvanları yoxlamağa getdim. Amma artıq gec idi."

Qeyd edək ki, eyni hadisə paytaxt Santiaqodan cənubda olan bir fermada da baş verib. Burada da 9 inəyin tələf olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm