Bilgi.az
Dünyanın ən ucaboy kişiləri bu ölkədə yaşayır - SİYAHI
Holland kişilər və latviyalı qadınlar dünyanın ən hündür insanları sayılırlar. Holland kişilər üçün orta boy 183 santimetr, latviyalı qadınlar üçünsə 170 santimetrdir.
Publika.az BBC-yə istinadən xəbər verir ki, nəticələri eLife jurnalında dərc olunmuş tədqiqat 1994-cü ildən bəri 187 ölkədə insan boyunun artımını araşdırıb.
Tədqiqatdan bu da bəlli olub ki, bu illər ərzində iranlı kişilər və Cənubi Koreya qadınları ən böyük "boy artımı tərəqqisinə" nail olublar. Onların boyları müvafiq olaraq 16 santimetr və 20 santimetr artıb.
Birləşmiş Krallıqda kişi və qadınların boy artımı parallel olub – 11 santimetr. İndi Britaniyada "Mister Ortaboylunun" hündürlüyü 178, "Miss Ortaboylunun" hündürlüyü isə 164 santimetrdir.
Bunun əksinə olaraq, məsələn Birləşmiş Ştatlarda millətin hündürlüyü 1960 və 1970-ci illərdə oturuşmağa başlayıb. Bu ölkədə kişilər və qadınlar ötən əsr ərzində müvafiq olarqar cəmi 6 və 5 santimetr uzanıblar.
Doğrudan da amerikalılar boy məsələsində mövqelərini bir xeyli itiriblər. 1914-cü ildə onların kişiləri boya görə planetdə 3-cü, qadınları isə 4-cü idilər. Amma indi bu göstərici 37 və 42-ci yerlərə enib.
İndi boy diaqramlarında əsasən avropalılar üstünlük təşkil edirlər. Bununla belə, rəqəmlər göstərir ki, Qərbdə boy artımı meyli əsas etibarilə sabitləşib.
Dünyanın ən balaca kişiləri Şərqi Timorda yaşayır (160 santimetr).
Dünyanın ən balacaboy qadınları 1914-cü ildən bəri bu titulu qoruyub saxlayan qvatemalalılardır.
Araşdrma materaillarına görə bir əsr əvvəl Qvatemala qadının boyu 140 santimetr olub. İndi bu göstərici hələ 150 sanitemetrə çatmayıb.
Ən böyük boy artım tərəqqisi Şərqi Asiyada qeydə alınıb. İndi Yapiniya, Çin və Cənubi Koreyada insanlar 100 il bundan əvvəlki ilə müqayisədə daha ucaboydurlar.
"Ötən 100 il ərzində adamların boy artımının əsas etibarilə baş vermədiyi region Cənubi Asiya (Məsələn, Hindistan, Pakistan və Banqladeş) və Sub-Sahara regionlarıdır. Bu regionlarda yalnız 1-6 santimetr boy artımı olub" – deyir Londondakı İmperiya Kollecinin alimi James Bentham.
Əslində Sub-Saharanın bəzi yerlərində 1970-ci illərdən bəri orta boyun gödəlməsi baş verib. Məsələn Uqanda və Syerra Leonedə adamların boyu qısalıb.
Planet boyunca boy müxtəlifliyi genetika ilə izah edilə bilər, lakin araşdırmanı aparmış alimlərin fikrincə bu məsələdə DNT heç də dominant faktor sayılmır.
İmperiya Kollecindən aparıcı alim Məcid Ezzəti BBC News proqramına deyib: "Bu fenomenin izahının 30 faizi genlərlə bağlı ola bilər, lakin bu, zaman içində baş verən dəyişikliyi izah etmir. Genlər belə sürətlə dəyişmir və onlar dünya boyunca bu qədər fərqlənmir. Belə çıxır ki, dünya boyunca dəyişikliklər ətarf mühitlə bağlıdır".
Alim deyir ki, yaxşı səhiyyə xidməti, sanitariya və qidalanma əsas hərəkətvericilərdir. Burada ananın sağlamlığı və hamiləlik vaxtı qidalanması da rol oynayır.
Başqa tədqiqatlar göstərib kİ, boy artımının həm yaxşı, həm də bəzi neqativ təsirləri var.
Məsələn ucaboylu adamlar daha uzun ömür gözləntisinə malikdirlər və onlarda ürək xəstəlikləri riski daha azdır.
Digər tərəfdən ucaboylu insanlar üçün bəzi xərçəng xəstəliklərinin, məsələn yoğun bağırsağın xərçəngi, habelə postmenopoz döş və yumurtalıq xərçənglərinin riski böyükdür.
"Bu barədə nəzəriyyələrdən biri budur ki, artım faktorları mutasiyaları stimulyasiya edə bilir" – deyir İmperiya Kollecinin başqa bir alimi Elio Riboli.
"İnsan boyunun bir əsrlik artım meylləri" adlı məqaləni 800 alimin üzv olduğu NCD Risk Factor Collaboration qrupu və Dünya Səhiyyə Təşkialtı birlikdə hazırlayıb.
Wellcome Fondu və Kanadanın Grand Challenges təşkilatının maliyyələşdirdiyi araşdırmanın nəticələri Manchester-də iki ildən bir keçirilən EuroScience Açıq Forumunda təqdim olunub.
2014-cü ildə dünyanın ən ucaboy kişiləri (mötərizədə 1914-cü ildəki yer göstərilib):
Hollandiya (12)
Belçika (33)
Estoniya (4)
Latviya (13)
Danimarka (9)
Bosniya-Herseqovina (19)
Xorvatiya (22)
Serbiya (30)
İslandiya (6)
Çexiya (24)
2014-cü ildə ən ucaboylu qadınları olan ölkələr (Mötərizədə 1914-cü ilin rəqəmləri verilib):
Latviya (28)
Hollandiya (38)
Estoniya (16)
Çexiya (69)
Serbiya (93)
Slovakiya (26)
Danimarka (11)
Litva (41)
Belarus (42)
Ukrayna (43)
-
Rəsmi xronika11:04İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar
-
Rəsmi xronika10:27Prezident bu nazirə yeni müavin təyin etdi - FOTO
-
Kriminal09:36“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?
-
Dünya08:49Trampla Si Cinpinin salamlaşması gündəm oldu - Video
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto















.jpg)



















.jpg)


