Bilgi.az
12 il şarın içində yaşayan uşağın acı HEKAYƏSİ – FOTOLAR
1971-ci ildə dünyaya gələn "Şar uşaq" ləqəbli Devid
Fillipin hekayəsi insanları dəhşətə salır. Publika.az
1Xəbər.com-a istinadən qısa ömründə böyük dərdlərlə mübarizə
aparmalı olan Devidin hekayəsini təqdim edir:

1963-cü ildə Devid Cozef -Kerol Enn Vetter cütlüyünün oğlan
övladı dünyaya gəlir. Ancaq körpə 7 ay sonra ölür. Həkimlər cütlüyə
körpələrinin Ağır immun çatışmazlığından öldüyünü deyirlər.
Kerol ikinci dəfə hamilə olduğunu öyrənəndə, doktorlar bu uşağın da
50 faiz ehtimalla xəstə doğulacağını təxmin edirlər.

Ancaq dünyaya gələn qız uşağı tam sağlam olur və ona Ketrin adı
verilir.
Doktorlar ailəni yenidən oğlan övladı dünyaya gətirməyə razı
salmağa çalışırlar. Ancaq Devid ilə Kerol yenidən övlad acısı
yaşamaq istəmədiklərini bildirirlər. Həkimlər isə uşağın sağlam
böyüməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini və apardıqları
araşdırmalar nəticəsində, qısa zamanda xəstəliyin çarəsini
tapacaqlarını deyərək ailəni ümidləndirirlər.

Beləliklə, 1971-ci ildə Devid Fillip Vetter dünyaya gəlir.
Mütəxəssilər Devid üçün xüsusi bir şar hazırlayırlar. Devid dünyaya
gəldikdən 2 dəqiqə sonra bu şarın içərisinə qoyulur. Şarın
içərisinə daxil edilən hər şey – su,hava, geyim, qida və s.
sterilizə edilir.

Devid 12 yaşına kimi bu şarın içində yaşayır. Devidin yaşaması üçün doğulduğu gündən etibarən, ona 1 milyon 300 min dollar xərcləndiyini hesablayan həkimlər yeni bir qərar alırlar. Uşağa bacısı Ketrinin sümük iliyi köçürülür.

Ancaq əməliyyatdan sonra Devid ilk dəfə xəstələnir. Müalicə müddətində həkimlər Devidi şarın içərisindən çıxarmalı olurlar. NASA Devid üçün xüsusi geyim hazırlayır. Ancaq Devid şardan çıxarıldıqdan 1 həftə sonra vəfat edir.






-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır






.jpg)

.jpg)

.jpg)






.jpg)





.jpg)












