Bilgi.az
"Titanik"i Çörçil batırıb – ŞOK İDDİA (FOTOLAR)
"Titaniki kim batırdı? Son hökm" kitabının müəllifi gəminin batmasında Uinston Çörçili ittiham edib.
Publika.Az-ın məlumatına görə, əvvəllər cinayət içləri ilə məşğul olan, sonradan jurnalist araşdırmaları sahəsində ixtisaslaşmış Robert Streync Biritaniya və Amerika arxivlərində apardığı araşdırma nəticəsində belə qənaətə gəlib ki, "ən böyük britaniyalı" 1912-ci ilin aprelin 15-də baş vermiş məlum faciədə az rol oynamayıb.
33 yaşlı Çörçil 4 il dəniz donanmasına cavabdeh olan ticarət naziri vəzifəsində işləyib. Və əlbəttə ki, dövrün ən böyük gəmisinin tikintisinə nəzarət etmək lazım idi.
Streyncə görə, Çörçil donanma kuratoru kimi öz vəzifəsinə həvəssiz yanaşıb. Həmin vaxt onun daha ciddi işləri var idi; siyasi ambisiyaları, maliyyə problemləri və gələcək xanımı Klementinaya vaxt ayırmaq.
Uinston Çörçil dəfələrlə ona gələn təhlükəsizlik normaları, ən əsası köhnəlmiş xilaedici vasitələrin dəyişdirilməsi ilə bağlı məruzələrə heç bir reaksiya vermirdi.
Laqeyidlik nəticəsində "Titanik"də qayıqların sayı əvvəlcədən göstərildiyi sayda olsa da, hər 3 sərnişindən birinə yer çatırdı.
Streyn bildirib ki, Çörçil ilk gündən "Titanik"in tikintisini qeyri-peşəkar mühəndis Frensis Karrutersuya tapşırıb. Karrutersu isə gəminin polad lövhələrinin möhkəmliyinə fikir vermirdi.
"Titanik"in suya salındığı gün isə Çörçil daxili işlər naziri təyin olundu.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz

















.jpg)


















