Bilgi.az
Abxaziyadan Cavaxetiyaya doğru - Baqramyan qırğınları - I HİSSƏ
"Mən Abxaziya Respublikasının vətəndaşı, Qaspar oğlu Albert Topolyan, Abxaziya silahlı qüvvələrinə daxil olmaq üçün təntənəli sürətdə and içirəm: İntizamlı, cəsur olacağıma, vicdanla vətənimə xidmət edəcəyimə, qeyri-şərtsiz bütün sifarişləri yerinə yetirəcəyimə, dövlətin hərbi sirlərini ciddiyyətlə gizli saxlayacağıma, hərbi və ictimai mülkiyyətin qayğısına qalacağıma, vətənin müdafiəsi üçün son damla qanımadək öz həyatımı təhlükəyə atacağıma and içirəm..."
9 fevral 1993-cü ildə seperatçı Abxaziya Ali Sovetinin sədr
müavini Albert Topolyan, erməni batalyonu daxilində ilk dəfə and
içərək, Abxaziyada yaşayan erməni icmasının siyasi lideri kimi,
bütün ermənilərin mövqeyini ifadə edirdi. Yaradılan erməni
batalyonunun döyüşçüləri Azərbaycanda olduğu kimi illərlə
sığındıqları Gürcüstanı və gürcü xalqını başlıca hədəf seçdilər.
Əsasən etnik ermənilərdən formalaşdırılan bu batalyon Sovet
ittifaqı marşalı İvan Baqramyanın adını aldı. Batalyon abxaziyadakı
gürcülərin kütləvi şəkildə deportasiyası və sivil gürcü əhalisinə
qarşı aparılan soyqırımlarda xüsusi qəddarlığı ilə seçilib.
Gürcüstanın tarixinə nəzər salsaq, onun erməni məsələsində qonşu
Azərbaycanla ortaq, dərin problemli cəhətlərini görərik.
Ermənilərdən fərqli olaraq bölgənin hər iki xalqı tarixən Cənubi
Qafqazın yerli sakinləri olub. Ermənilər XIX əsrdə hansı şəkildə
Azərbaycanın İrəvan-Naxçıvan-Qarabağ sektorlarında
məskunlaşdırılırdısa, Gürcüstanda da Cavaxetiyadan tutmuş,
Abxaziyaya kimi ərazilərdə yerləşdirilirdi.
Belə ki, Gürcüstanın tarixi Abxaziya bölgəsində ilk erməni icmaları
XIX əsrdə ortaya çıxıb. Bu dövrdə də Çar Rusiyası Abxaziya
istiqamətində təcavüzkar siyasət aparırdı. Nəticədə, XIX əsrin
60-70-ci illərində abxazlar kütləvi şəkildə öz bölgələrini tərk
etməyə başladılar.
Tədricən rus çarları onların yerinə özlərinə sadiq millətlər
yerləşdirməyə başladı. Beləliklə, mühüm bölgələr ermənilər
tərəfindən ələ keçirilməyə başlandı. XX əsrdə isə erməni
miqrasiyası daha da gücləndi. 1926-cı il əhalinin siyahıya
alınmasında, cəmi 25 min erməni göstərilirdisə, 1959-cu ildə
onların sayı 64 minə çatdı. 1989-cu ildə daha da artaraq regionda
ermənilərin sayı 76 minə çatdı. Gürcülərdən (239 min) və
abxazlardan (93 min) sonra, muxtar respublikada üçüncü çoxluğu
erməni diasporu təşkil edirdi.
Bu gün ermənilər 1915-ci il hadisələri zamanı onlara sığınacaq
verdikləri üçün abxazlara dərin minnətdarlıq edir və Ermənistandan
sonra bu bölgəni "növbəti vətən" hesab edirlər. Lakin, bir dəfə də
olsun XIX əsrdə yerli abxazların zorla çıxarılmasından sonra
onların evlərində məskunlaşdıqlarını bildirmirlər. Erməni
riyakarlığı bu fonda özünü açıq şəkildə göstərir. Hazırda seperatçı
Abxaz bölgələrində erməni icmasının abxazları tədricən
sıxışdırmasını da görürük. Nəticədə abxazlar qafqaz xalqlarına
yaraşmayan, etdikləri erməni dostluğuna görə, gələcəkdə böyük
əziyyətlər çəkəcək. Necə ki, qonşu Gürcüstan bunun bədəlini Qaqra,
Kamani, Suxumi, Qali və Ocamçır bölgələrində gürcülərin
deportasiyası və soyqırımları ilə ödədi.
SSRİ-nin dağılmasından sonra, yenicə yaranan müstəqil dövlətlərin,
asanlıqla Qərb tərəfindən ram edilməsinin qarşısını almaq üçün,
həmin respublikalar daxilində çoxdan formalaşdırılan "ocaq"lar
yandırıldı. XX əsr Qafqaz strategiyası klassik "parçala və
hökümranlıq et" imperial siyasəti üzərində quruldu. Azərbaycanda
erməni, Gürcüstanda isə abxaz və osetin regionlarından istifadə
edilməyə başlandı. Moskva üçün Abxaziya ən effektiv silah halına
gəldi. Kreml Gürcüstana qarşı abxazlar, o cümlədən bölgədə yaşayan
digər etnik qrupların da birgə müttəfiqliyinin təmin edilməsini
planlaşdırırdı. Bu baxımdan, bölgənin ən böyük icmasını ermənilər
təmsil edirdi.
80-ci illərin sonlarında Abxaziya bölgəsində iki böyük erməni
təşkilatı yaradıldı. Mədəni-xeyriyyə cəmiyyəti adı altında
formalaşdırılan Krunk Suxumidə, Maştots adlı təşkilat isə Qaqrada
gərgin fəaliyyətə başladı.
Erməni icması 1990-cı ildə "Krunk"un təsis qurultayını keçirdi.
Abxaziyanın bütün bölgələrindən 350 nümayəndə və Sovet İttifaqının
digər respublikalarından 150 qonaq dəvət edildi. Başlanğıcda,
gürcülər Krunkun əhəmiyyətini lazımınca dəyərləndirmədi.
Albert Topolyanın başçılıq etdiyi Krunk 1980-cı illərin sonundan
etibarən 2004-cü ilə kimi Abxaziyada mədəni-xeyriyyə cəmiyyəti kimi
tanıdılıb. Təşkilat Suxumi və Abxaziya bölgəsinin şərqində erməni
maraqlarını təmsil edən əsas təşkilata çevrilib. Təşkilat gizli
fəaliyyətini 1990-cı il yanvar 27-də təsis qurultayı keçirməklə
sonlandırıb. 21 fevral 1991-ci ildə Soyuz blokunun ictimai-siyasi
təşkilatlarının qurucu üzvüdür. Nəticədə, Krunk Abxaziyada
ümumerməni icmasının yaradılması üçün, 15 aprel 2004-cü ildə Erməni
mədəniyyət mərkəzi və Maştots cəmiyyəti ilə birləşib.
Xatırladım ki, "Krunk" Gürcüstanda fəaliyyətə başlmazdan öncə, əsas
mərkəzini Qarabağda qurub. Təşkilatın Sumqayıt hadisələrində məxfi
təxribatçı iştirakı isə indi hər kəsə məlumdur. 1987-ci ildə
Ermənistan Respublikası və DQMV-nin partiya rəhbərlərinin köməyi
ilə Xankəndində erməni gizli təşkilatı – Dağlıq Qarabağ İnqilabi
İdarəetmə Komitəsi (Komitet Revolyusionnoqo Upravleniya Naqornoqo
Karabaxa – KRUNK – erməni dilində "durna") adlı təşkilat
yaradıldı.
Qarabağ separatçılarının ilk lideri elektrotexnika zavodunun
direktoru Albert Seyranyanın ölümündən sonra, Krunkun rəhbərliyinə
Xankəndi tikinti materialları kombinatının direktoru Arkadi
Manuçarov gətirildi. Təşkilatın yaradılması rəsmi olaraq 1 mart
1988-ci ildə elan edilib. Elə həmin dövrdə Manuçaov bildirirdi:
"Biz məcbur edəcəyik ki, bizə atəş açsınlar!"
Manuçarovun ifadəsi yalnız Azərbaycana deyil, Gürcüstana da
ünvanlanmışdı. "Krunk"un Qarabağdakı effektiv fəaliyyəti,
Ermənistan rəhbərliyinin təşkilatın yeni şöbələrinin açılmasını
tezləşdirməsinə səbəb oldu. Ermənistan həm Qarabağda Azərbaycanla,
həm də ikinci cəbhə kimi Cavaxetiyada Gürcüstana qarşı döyüşə
bilməyəcəyini yaxşı anladığından gürcülərə qarşı fərqli
istiqamətdən həmlə etməyə başladı.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı