Bilgi.az
Cümhuriyyət tarixinin ən sirli hadisəsi - Atatürklə İsmət İnönünün mübahisəsi
Moderator.az iki böyük hərbi düha, uğurlu siyasət adamı və ən əhəmiyyətlisi də əbədi dost olan Atatürk və İsmet İnönü haqqında yazı təqdim edir.
Atatürk və İsmet İnönü uzun illər birlikdə mübarizə apardılar. Bəzi məsələlərdə razılaşdılar, bəzi məsələlərdə isə fikirləri şaxələndi. Ancaq heç vaxt küsülü qalmadılar.
Tez-tez çox ciddi mübahisələri düşərdi, Salih Bozok hər zaman aralarında bir körpü vəzifəsini icra edərək Atatürk ilə İnönünü daim barışdırar, onların bir-birindən ayrı düşməsinə imkan verməzdi.
Amma 1937-ci ildəki son mübahisələri ən şiddətlisi idi və bu mübahisə İsmet İnönünün baş nazir vəzifəsindən ayrılmasına səbəb olacaqdı.
Atatürk ilə İnönü ilk dəfə Hərbi Akademiyada oxuyanda tanış olmuşdu. Atatürk İnönündən iki sinif yuxarıda oxuyurdu. Məktəb illərində bir-birlərini o qədər də yaxından tanıya bilməmişdilər. Amma orduda vəzifəyə başladıqdan sonra artıq vətənini müdafiə edən iki silahdaş olmuşdular. Teleqramlar vasitəsi ilə yazışırdılar. Fethi Okyar da bu ikilinin arasında üçüncü şəxs idi. Özü Atatürkdən də 1 yaş böyük idi.
Atatürklə İnönü orduların görüşdüyü vaxtlarda görüşür, vətənin taleyi ilə bağlı məsələlər barəsində danışarlarmış. Amma zaman sonra bir araya gələcəkləri ağıllarına gəlməzmiş. Tək hədəfləri və düşüncələri vətəni düşmənlərdən müdafiə etmək, daim ölkənin xeyri üçün çalışmaq imiş.
Ədəbi dostluqları isə Birinci Dünya Müharibəsinin başlamasından sonraya təsadüf edib. O zaman Atatürk Çanakkaledə , İnönü isə Hərbi Nəzarətində hərəkat şöbəsinin müdiri imiş. İsmet bəy vəzifəsi ilə əlaqədar bütün cəbhələrlə ünsiyyətdə olurmuş, həmçinin də Atatürklə tez-tez teleqraflaşırmış.
İsmət bəy ilk komandanlığı üçün 1916-cı ildə Qafqaz cəbhəsinə yollanmışdı. Atatürk isə eyni rayonda korpus komandiri imiş. Bu üzdən də Atatürk və İnönünün ən yaxın münasibətləri buradan başlayır. Burada yaranan bu əbədi dostluqları isə Atatürkün vəfatına qədər davam edəcək və Milli Mübarizənin əsasını təşkil edəcəkdi.
Atatürk ilə İnönü təbii olaraq bir çox məsələdə razı olduqları kimi bəzi məsələlərdə də mübahisələr edər, fikir ayrılıqlarına gəlirlərmiş. Bu münaqişələrdən 1932-ci ildə baş vermiş biri haqqında Salih Bozok xatirələrində danışıb.
Münaqişəyə bir ingilis qəzetində Atatürkə Dizbağı nişanı veriləcəyinin yazılması səbəb olur. Bu mükafat qədimdən bəri ingilis soylulara verilən çox mühüm bir mükafat imiş. Əslində isə ingilis qəzetində yazılan bu xəbər yalan və əsassız imiş. Çünki ingilis hökumətindən belə bir təklif gəlməmişdi.
İsmət Paşa 1932-ci ilin 29 avqust gecəsində Atatürkün Yalovadakı köşkündə qurulmuş dost məclisində bu məsələnin qəzetlərdə çox yanlış yazıldığını və bununla bağlı "Hakimiyyəti Milliyə" qəzetində bir açıqlama dərc olunmasını təklif edir. Atatürk bu təklifi qəbul edir. İnönü də dərhal bir açıqlama yazaraq yüksək səslə oxuyur.
Atatürk bu yazını çox bəyənir və özü də bir neçə cümlə əlavə etmək istəyir. "Xüsusilə İspaniya kralından geriyə qalan belə bir nişan Türk prezidentinə verilə bilməz, verilsə belə Türkiyə prezidenti o mükafatı qəbul edə bilməz" deyir. İsmət Paşa ingilislərin belə bir təklif etmədiyini və qəzetdə yazılanların yalan olduğu üçün belə bir ifadənin yazılmasının uyğunsuz olacağını bildirir. Münaqişə bu hadisədən sonra başlayır. Mübahisə qızışır, səslər yüksəldilir. Gecənin sonunda dost məclisi xoşagəlməz şəkildə dağılır. Ertəsi gün isə Saleh Bozok səhər tezdən Atatürk və İnönü ilə görüşərək onları barışdırır.
İnönü baş nazirlikdən ayrılmasına səbəb olan münaqişə isə 1937-ci ildə baş verir. Bu dəfə əvvəlkindən daha böyük bir dost məclisi qurulubmuş. Atatürk meşə təsərrüfatından və bir sıra işlərlə bağlı danışır. İnönü isə Atatürkün yanındakı hər kəsin işlərinə qarışmasından gileylənir. Mübahisə qızğın davaya çevrilir. Bir birlərinə çox ağır ifadələr söyləyirlər, dost məclisi ertədən dağılır.
Əvvəllər belə mübahisələr baş verirmiş, amma ertəsi gün İnönü Atatürkün yanına gedəndə "canım sən bildiyin kimi et" cavabını alırmış. Amma son qızğın mübahisədən sonra İnönü Atatürkdən bu cavabı almır.
İsmət İnönü illər sonra verdiyi müsahibədə bu davanın səbəbini gündəlik şeylər, hər dostun başına gələn vəziyyətlər kimi təsvir edir. Bu münaqişənin ertəsi günü İstanbulda Tarix və Dil Qurultayı keçiriləcəkmiş. İnönü və Atatürk eyni qatarla qurultaya gedirdilər. Atatürk İnönü ilə qısa görüşüb "İndiyə qədər min məsələdə min dəfə dava etdik, amma dünən axşamkı çox pis oldu. Bir az çəkilməyin, istirahət etməyin lazımdır, bir az ara verək" - deyir.
Lozan və ondan sonra məmləkət işləri İnönü bir az çox zəiflətmişdi. Bu təklifi mübahisəsiz qəbul edir. Atatürk ondan "ağlında bir ad varmı?"-deyə soruşur. İnönü isə heç kəsi öz məqamına təklif etmir. Atatürk Cəlal Bayarı deyəndə isə İnönü "mənə yaxşı təsir etdi" cavabını verir.
Dil Qurultayında Atatürklə İnönü eyni lojada yanaşı oturur. İnönü bir kağıza "Məndən inciksənmi" deyə yazıb Atatürkə verir. Atatürk isə cavab olaraq "Xeyr, hər şeyi unutmuşam, bildiyin kimi dostum və qardaşımsan" cavabını yazır. İnönü mesajlaşdıqları həmin kağızı saxlamış və bu gün də qorunur.
İsmət İnönü rəsmən təqaüdə çıxdıqdan sonra da Atatürklə münasibətləri davam edir. Əksinə bundan sonra Atatürk İsmət İnönünə əvvəlkindən daha çox hörmət göstərir. Eyni zamanda İnönünə maaşından ayırdığı maddi yardımı 1.000 lirədən 3.000 lirəyə qaldırır.
Bu əbədi dostluq 1938-cü ildə Atatürkün vəfatına qədər davam edir. Hər 10 noyabrda İsmət İnönü hamıdan əvvəl Anıtkabirə gedir, kədərli bir şəkildə ətrafda gəzişir, bəlkə də Atatürk ilə o köhnə xatirələrini xatırlayıb təsirlənirmiş. İnönü 1973-ci ildə vəfatından aylar əvvəl yenə hamıdan əvvəl qaça-qaça, Anıtkabirə getmiş, hazırda məzarının olduğu yerdə gəzmişdi.
Hazırladı: Rumiyyə
Atatürkün ölüm xəbərini aldıqdan sonra İsmet İnönü və Celal Bayar
İsmet İnönü Anıtkabirdə
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı