"MasterCard" və "Visa" arasındakı əsas fərq
Bizi izləyin

Bilgi.az

"MasterCard" və "Visa" arasındakı əsas fərq

Əgər sizin bank kartınızı manat olaraq açmısınız və sadəcə Azərbaycan ərazisində istifadə edirsinizsə, VİSA və MasterCard arasında heç bir fərq yoxdur. Bu iki kart tipi arasında fərq xaricdə və ya online alış-veriş əsnasında yaşanır.

VİSA kartları əsas valyuta olaraq ABŞ dollarından istifadə edir. MasterCard isə avro ilə işləyir.

Əgər siz xarici bir ölkədə bankomatdan yerli valyuta ilə pul çıxartmaq istəsəniz həmin kartlar manatdan "əsas" valyutaya, sonra isə yerli valyutaya çevirir. Beləliklə bank iki dəfə kovertasiya edərək xeyli faiz almış olur.

Məsələn, Avrozonada bu kartlardan istifadə etsəniz proses belə işləyir:

VİSA: AZN → USD → EUR

MasterCard: AZN → EUR

Əgər ABŞ'da kartınızdan pul çıxartmaq istəsəniz isə:

VİSA: AZN → USD

MasterCard: AZN → EUR → USD

Bu iki valyutanın işləmədiyi ölkələrdə isə prosedur biraz da dəyişir. Məsələn EUR istifadə edilməyən (Çexiya, İsveç, Polşa və.s) Avropa ölkələrdə prosedur belə işləyir:

MasterCard: AZN → EUR→ Kc

VİSA(Belə ola bilər): AZN→USD → Kc

VİSA(Ancaq belə də ola bilər): AZN→ USD→ EUR→ Kc (Çünki bəzi Avropa ölkələrində bütün konvertasiyalar avro üzərindən aparılır)

Nəticədə, MasterCard Avropada, VİSA isə Latın Amerika, Tayland, Avstraliya və Kanadada işlətmək daha sərfəlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm