21-ci əsrin ən çox satılan 20 kitabı - SİYAHI
Bizi izləyin

Bilgi.az

21-ci əsrin ən çox satılan 20 kitabı - SİYAHI

21-ci əsrin texnologiya əsri olmasına baxmayaraq, dünyada kitab oxuyanların sayı heç də azalmayıb. Bunu dünyada kitab satışı ilə bağlı reytinqlər hazırlayan şirkətlər təsdiq edir.

İnsanların ədəbiyyata marağı getdikcə artır, ancaq elə kitablar var ki, onların oxucuları daha çoxdur.

XXI əsrin ən çox satılan 20 kitabını təqdim edirik:

20. "Çərpələng uçuran" - Xalid Hüseyni (10 milyon nüsxə) 2003-cü il

19. "Dukan pəhrizi" - Pyer Dükan (10 milyon 400 min nüsxə) 2000-ci il

18. "Pinin həyatı " - Yann Martel (10 milyon 500 min nüsxə) 2001-ci il

17. "Sevimli sümüklər" - Elis Sibold (10 milyon 900 min nüsxə) 2002-ci il

16. "Küləyin kölgəsi" - Karlos Ruis Safon (15 milyon nüsxə) 2001-ci il

15. "Eyni ulduzların altında" - Con Qrin (18 milyon 500 min nüsxə) 2012-ci il

14. "Canavar Totemi" - Tszyan Jun (20 milyon 200 min nüsxə) 2004-cü il

13. "Sirr" - Ronda Bern (20 milyon 700 min nüsxə) 2006-cı il

12. "Daxma" - Uilyam Pol Yanq (21 milyon nüsxə) 2007-ci il

11. "Ac oyunlar" - Syuzen Kollins (23 milyon nüsxə) 2008-ci il

10. "Əjdaha döyməli qız - Stiq Larsson (30 milyon nüsxə) 2005-ci il

9. "Məqsədyönlü həyat" - Rik Uorren (30 milyon 100 min nüsxə) 2002-ci il

8. "Bozun əlli çaları" - Erika Ceyms (31 milyon nüsxə) 2011-ci il

7. "İtirilmiş simvol" - Den Braun (32 milyon nüsxə) 2009-cu il

6. "Mələklər və iblislər" - Den Braun (39 milyon nüsxə) 2000-ci il

5. "Harri Potter və Ölüm Hədiyyələri" - Coan Roulinq (50 milyon nüsxə) 2007-ci il

4. "Harri Potter və Simurq Ordeni" - Coan Roulinq (55 milyon nüsxə) 2003-cü il

3. "Harri Potter və Alov Kuboku" - Coan Roulinq (57 milyon nüsxə) 2000-ci il

2. "Harri Potter və Mələz Şahzadə" - Coan Rolinq (65 milyon nüsxə) 2005-ci il

1. "Da Vinçi şifrəsi" - Den Braun (81 milyon nüsxə) 2003-cü il (ann.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm