Bilgi.az
Bu günə olan hava proqnozu
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 10-14°, gündüz 20-25°-dək isti, Bakıda gecə
12-14°, gündüz 23-25°-dək isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə
sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında hava gün ərzində,
əsasən, yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı gözlənilir.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 28-33° isti olacağı
gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
ehtimalı var.
Temperaturun gecə 5-10°, gündüz 19-24° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 11-16°, gündüz 26-31° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
ehtimalı var.
Temperaturun gecə 10-15°, gündüz 23-28° isti olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 12-17°, gündüz 28-32° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər
dağlarda duman olacaq.
Temperaturun 14-17°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°,
gündüz 20-25° isti olacağı gözlənilir.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq