Haradan haraya - Rəcəb Tayyib Ərdoğanın psixoloji portreti
Bizi izləyin

Bilgi.az

Haradan haraya - Rəcəb Tayyib Ərdoğanın psixoloji portreti

Haradan haraya - Rəcəb Tayyib Ərdoğanın psixoloji portreti

Son dövrlər Rəcəb Tayyib Ərdoğan keçirilən bütün parlament və bələdiyyə seçkilərini qazansa da, siyasi analitiklər arasında onunla bağlı kifayət qədər mənfi fikirlər də var. Həm ölkə daxilində, həm də xaricdə onu “sultan” və yaxud da “diktator” adlandıranların sayı kifayət qədərdir. Hətta Qərb mətbuatında Ərdoğan Misirdə hərbi çevriliş həyata keçirən general əl-Sisi ilə də müqayisə belə edilir.

Lakin Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın jurnalistlərin qarşısında Vladimir Putindən Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatına qəbul etməyi xahiş etməsi və Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonasının yaradılması üçün birgə səylərdən danışması bir çox analitiklər üçün soyuq duş effektini yaratdı. Ərdoğan bu bəyanatı ilə sanki dünyaya yeni türk siyasi oyununu təklif edirdi.

Türkiyə baş nazirinin bu bəyanatı ABŞ, Rusiya, Türkiyə və Azərbaycanın analitik dairələrində coşqun müzakirələrə gətirib çıxardı. Xüsusən onun bu bəyanatları verərkən səmimi olub-olmadığı da bir çoxlarını düşündürən məsələdir. Bu baxımdan şəxsiyyətin tanınmasının ən mükəmməl vasitələrindən biri olan psixo- portretoloji analiz bizə türk baş nazirini başqa bir rakursdan görmək imkanını verəcək.

R.T.Ərdoğan 26 Fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində, sahil mühafizəçisinin ailəsində anadan olub. “Milliyet” qəzetinin məlumatına görə, o, müsahibələrinin birində ailəsinin Rizəyə Acarıstandan köçürüldüyünü bildirib. 11 Avqust 2004-cü ildə Gürcüstan səfəri zamanı Ərdoğan “Mən də gürcüyəm, ailəmiz Batumdan Rizəyə köçmüş gürcü ailəsidir”, - söyləmişdi.

O, özünün bir müsahibəsində dediyinə görə, yeniyetmə yaşlarından İstanbulun təhlükəli küçələrində limonad satmaqla məşğul olub. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirib. Həmin il İmam Xətib liseyinə (dini məktəbə ) daxil olur və 1973-cü ildə oradan məzun olur. Həyatının bu dövrü onun yaddaşında möhkəmlənəcək və siyasi dünyagörüşünə təsir edəcəkdi. Portretoloji analiz baxımından hər bir insanın bu dövrü olduqca vacibdir, gələcək liderlər harada doğulub, milliyyəti nədir, ana dili hansıdır, uşaqlığı necə keçib, baza təhsili necə olub və s. Portretoloq bu dövrün iz buraxdığı əlamətlər üzrə siyasi liderlərin həyatında və fəaliyyətdəki bəzi tipik xüsusiyyətlərini izah etməyə çalışırlar. Ona görə ki, liderlərin tipik xüsusiyyətlərini anlamaq üçün yalnız stereotip qiymətləndirməyə güvənmək olmaz.

Kasıb ailəyə mənsubluğu açıq-aşkar onun daha zəngin mühitdən olan öz həmyaşıdlarına həsədlə baxdığını hiss etdirirdi. Əslində məhz bu hisslər onu daha da mübariz edirdi. O, öz maddi çətinliklərindən yaranan sarsıdıcı boşluğu dərsləri ilə ciddi şəkildə məşğul olmaqla doldurmaq istəyirdi. Ancaq ailəsinin büdcəsi onuda işləməyə məcbur edirdi. Amma gənc Ərdoğan təhsil almaq və ailəsini düşdüyü miskin durumdan çıxartmaq üçün oxumaq, oxumaq istəyirdi. Çox tərs idi günün bir hissəsini işləyir, bir hissəsini məktəbə gedərdi. Hətta İstanbul küçələrində limonad satarkən belə kitabları onun kürəyindəki digər çantasında olardı.Tələm- tələsik kitabları açar, ev tapşırıqlarına nəzər yetirər və verilən tapşırığı öyrənməyə cəhd edərdi. Bəzən elə olurdu ki, yol boyu mətni əzbərləmək üçün dönə-dönə təkrarlayardı. Kənardan baxana elə gəlirdi ki, yəqin bu uşağ rahatsızlanıb ki, hey öz-özü ilə danışır. Bax, bu cür abu-havada Ərdoğan öz yeniyetməlik dövrünü başa vururdu. Lakin uşaqlıqda aldığı bu sarsıntılar artıq onda öz izlərini buraxmışdı. Ona görə də hakimiyyət həmişə nailiyyətlər əldə etməsü üçün bir alət rolun oynayacaqdı. O, gəncliyindəki həyat şəraitinə uyğun olan, yəni kasıb və ruhanı - osmanlı gələnəyinə bağlı olan kütlənin idealıdır və onlar şərtsiz ki, Türkiyədə çoxunluğdur. O, məhz bir çox türk siyasətçilərindən fərqli olaraq onların nə eşitmək istədiklərini deyirdi. Onun hər bir sözü böyük heyranlığa səbəb olurdu. İnsanlar onun nə danışdığını heç anlamırdı da. Çünki onları bu, heç maraqlandırmırdı da. Onlar üçün sadəcə, onun onlarla olması və onu canlı görmələri kifayət edirdi.

Ərdoğan Milli Türk Birliyindəki (Alparslan Türkeşə yaxın təşkilat) fəaliyyətindən sonra 1976-ci ildə islami dəyərlərə sadiqliyi ilə tanınan Milli Səlamət Partiyası (MSP) Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul vilayət başçısı seçilir. 1977-ci ildə bir konfransda tanış olduğu Əminə xanımla 4 iyul 1978-ci ildə evlənir. 1980-ci ilə qədər Ərdoğan İstanbul nəqliyyat təşkilatlarında işləyib. 12 Sentyabr 1980-ci il ölkədə hərbi çevriliş olur və bütün siyasi partiyalar qadağan edilir. Həmin il nəqliyyat şəhər şurasının müdiri Ərdoğandan bığlarını qırxmağı tələb edir və o, bundan imtina etdiyi üçün işdən çıxarılır. Hərbi çevrilişdən sonra Ərdoğan özəl sektorda menecer işləyir. 1981-ci ildə o, Mərmərə Universitetin iqtisadi və ticarət elmləri fakultəsini qurtarır.

Türkiyədə 12 sentyabr 1980-cı il çevrilişindən sonra ləğv edilmiş MSP-nin xəttini davam etdirən və 1983-cü ildə qurulan Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon şöbəsinin sədri və yüksək idarə heytəinə üzv seçilir. O, 1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyini irəli sürür. 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd olur. 1989-cu il seçkilərində Rifah Partiyası ikinci yeri tutur. Ərdoğan 1991-ci ildə yenidən deputatlığa namizədliyini irəli sürərək millət vəkili seçilir. Lakin müxtəlif bəhanələrlə Mərkəzi Seçki Komissiyası onun deputat mandatını ləğv edib. Onun siyasi baxışlarına “siyasi islam” banisi Nəcməddin Ərbəkanın da böyük təsiri olur...

Türkiyə Ərdoğan hakimiyyəti dövründə müsəlman ölkələrinə dövlət idarəçiliyinin yeni sintez modelini təklif etdi. Ərdoğan özünü çox güclü siyasətçi-kombinasiyaçı kimi göstərdi və Türkiyə yeni regional oyunçu oldu. Ərdoğanın siyasi cazibəsinin kökündə ümumi axına qarşı getmək dayanır. O, öz siyasi rəqiblərini sıradan çıxardı, generalları zərərsizləşdirdi.

Bunun İstanbuldakı Gezi Parkı hadisələri zamanı bir daha şahidi olduq. Ərdoğan ilk olaraq aksiyalara ciddi əhəmiyyət vermədi və hətta Afrika ölkələrinə yola düşdü. Afrikadan qayıdanda o, növbəti qələbənin yaxınlaşan dadını hiss edirmiş kimi daha çox cazibəli görünürdü.

Daha sonra Şanxay Əməkdaşlıq Təşkilatına Türkiyənin üzvlüyü ilə bağlı niyyətlərini bəyan edəndə də o, məhz belə görünürdü. Ümumiyyətlə, o, mövcüd qaydaların və ya formalaşmış siyasi sistemlərin əleyhinə getdikcə daha xarizmatık görkəm alırdı. Bundan başqa, Türkiyə hökumətinə bağlı olan Rusiya ilə vahid geosiyasi ittifaqda təmsil olunmasını məsləhət görən iqtisadi və analitik mərkəzlər ortaya çıxdı.Türk KİV-lərinin çoxu hökumətin nəzarəti altındadır və hər gün cəmiyyətdə ərdoğançı anlayışlar və standartlara əsaslanan həyatın yeni sistemini yayır. Bu standartlar türk-islam dövlət modelini regionunda yayılmasını dəstəkləyən super dövlətlərin arzuları ilə uyğun gəlirdi. Lakin eyni zamanda da o, Rusiya ilə əməkdaşlıq münasibətlərini möhkəmləndirədə bildi. Bu baxımdan ABŞ və Qərb dövlətləri ilə açıq toqquşmaya getmiş Ərdoğan daha güclü, arxayın siyasətçi təsiri bağışlayırdı...

Bir çox təhlilçilər bildirirlər ki, iki ölkənin – Rusiya və Türkiyənin iqtisadi potensialı elədir ki, onlar 2050-ci il üçün dünyanın üstün iqtisadi sistemlərindən birinə çevrilə bilərlər.

ABŞ Rusiya və Türkiyənin yaxınlaşmasından çox ciddi narahat olmağa başladı. Təsadüfi deyil ki, son vaxtlar Suriya məsələsində Moskva və Ankaranın mövqelərinin yaxınlaşması müşahidə olunur. Lakin Rusiya və Türkiyənin bu mövqeyindən sonra Ağ Evdə Yaxın Şərqdəki müharibənin perspektivlərinin dəyişdiyini başa düşdülər. Vaşinqtonda bir qütblü hegemonluğu qoruyub saxlamağa nə qədər çalışsalar da, artıq məlum idi ki, onlar öz istəklərinə nail ola bilməyəcəklər, çünki tarixin səhifəsi çevrilib və yeni dövr başlamışdı. Bu qorxu ilə sarmalandıqlarından, onlar “ərəb baharı” adlandırdıqları prosesi dayandırıb ərəb hakimlərini Rusiya və Türkiyə təsirinə qarşı birləşməyə təşviq etməyə başladılar. Körfəzin Amerikapərəst ölkələrinin və İsrailin Ərdoğanın şəxsiyyətinə olan düşmən münasibəti türk baş nazirinin baxışlarında psixodinamik və gizli dəyişikliklərə gətirib çıxardı və bu amil onun qiymətləndirici mühakimələrinə təsir göstərəcək. Və bu da gec, ya tez onun üzünü Kremlə çevirəcəkdir! Və digər, Ərdoğanın arxitektonik baxışlarına təsir göstərən daha ciddi bir amil o vaxt, Ağ Ev Misirdə baş verən hərbi çevrilişi öz sükutu ilə dəstəklədiyində baş verdi. Əslində bu, Ərdoğan üçün xəbərdarlıq zəngi idi!

Ona işarə verirdilər ki, əgər gələcəkdə türk hərbi xuntası hakimiyyətə yiyələnərsə, o zaman biz özümüzü Misir nümunəsində olduğu kimi aparacağıq. Bu, əsl məyusluq idi!

Bax, bu cür hallarda hər bir siyasi liderin xarakterik göstəriciləri üzə çıxır.

Adıgözəl Məmmədov

Avrasiya İqtisadi Əməkdaşlıq İnstitutunun eksperti, Psixoloji Portretologiya siyasi analizlər mərkəzinin rəhbəri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm