Bilgi.az
Dünya ölkələrində Ramazan nə vaxt başlayır?
Hər il olduğu kimi bu il də İslam dünyası Ramazan ayına fərqli
günlərdə başlayacaq. ANS PRESS-in xəbərinə görə, Asiya, Avropa və
Amerika qitələrindəki ölkələrin əksəriyyəti Ramazana bazar günü
başlayacaqlar.
Asiya ölkələri arasında Yaponiya, Cənubi Koreya, Malaziya, İran,
Qırğızıstan, Özbəkistanda Ramazan bazar günü, yəni iyunun 29-u
başlayır. Qazaxıstan, Tacikistan və Türkmənistanda yaşayan möminlər
bu gündən oruc tutmağa başlayıblar.
Avropada Avstriya, Fransa, Belçika, İngiltərə və İsveçrə ramazan
ayına bazar günü başlayacaq. Avropa Müftilik Şurası isə şənbə
gününün (28 iyun) Ramazanın 1-i olduğunu elan edib.
Amerikada Venesuella, Braziliya, digər Latın Amerikası ölkələri,
Karib dənizi hövzəsindəki ölkələrdə ramazan bazar günü
başlayacaq.
Qeyd edək ki, təzə ayı açıq göslə görə bilməyən Səudiyyə Ərəbistanı
rəsmiləri də Ramazanın bazar günü başlayacağını açıqlayıb.
İndiyə qədər heç bir ölkədə təzə ayın görünməsi barədə xəbər
yayılmayıb. Başda Türkiyə olmaqla oruc tutmağa başlayan ölkələr
bəzi riyazi hesablamalar əsasında bu gün ramazanın 1-i olduğu
qənaətinə gəliblər.
Xatırladaq ki, Azərbayca Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası
hələ bu həftənin əvvəlində Ramazanın iyunun 29-da başlayacağına
dair fətva vermişdi.
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər