Bilgi.az
Adı qalmaqallarda hallanan biseksual aktrisa - FOTOLAR
Bu gün qalmaqallarla ad çıxarmış Hollivud aktrisası Lindsi Lohanın ad günüdür.
Kürən aktrisanın 28 yaşı tamam olur. Onun adı bir çox qalmaqallarda hallanıb. Publika.az Lindsi ilə bağlı beş ən səs-küylü qalmaqalı təqdim edir:
1. O, 2007-ci ildə içkili halda avtomobil idarə etdiyi üçün qəza törədib. Bundan sonra Lohan ictimai işlərə cəlb olunub. Aktrisaya meyitxanada işləmək həvalə olunub, lakin o, işdən boyun qaçıra bilib. Lohan bir neçə dəfə avtomobilində qəza törədib və bu azmış kimi, onun idarə etdiyi maşından kokain də tapılıb.
2. 2008-ci ildə Kolumbiya Universitetinin tələbəsi Maşa Markova onu məhkəməyə verib. Mariya aktrisasını onun kürkünü oğurlamaqda ittiham edib. Hadisə isə belə olub: hər iki qız Nyu-Yorkda yerləşən klubların birində əyləniblər. Əyləncədən sonra Mariyanın kürkü yoxa çıxıb. Bir neçə gündən sonra isə fotoların birində o, Lohanın əynində öz kürkünü görüb. Düzdür, klub Maşaya kürkünü qaytarıb, lakin qız üzərinə böhtan atdığı Lohandan üzr də istəməyib.
3. Lindsi Lohanın sevgililərindən biri Samanta Ronson olub. Qadınlar 2007-2009-cu illərdə romantik münasibətdə olublar. Sonradan isə hər iki qadın cinsi münasibətlərini ictimaiyyətə açıqlayıb. Cütlük ayrıldıqdan sonra Lindsi Samantanı izləməyə başladı. Samantanın ailəsi Lohanı məhkəməyə verib. Bundan sonra Lohan Samantanın evinə yaxınlaşmaq belə qadağan edilib.
4. 2011-ci ildə Lohan mağazaların birindən zinət əşyalarını oğurlamaqda ittiham olunub. Lindsinin ifadəsinə görə o, zinət əşyasını kirayəyə götürüb. Lakin məhkəmə bu ifadəni qəbul etməyərək Lohana 120 gün həbs cəzası kəsib. Bu, onun həyatında ilk oğurluq halı deyil. 2012-ci ilin avqustunda o, milyarder Sem Maqidanın evində keçirilən şənlik zamanı ümumi qiyməti 100 min dollar olan saat və eynək oğurlayıb. 2010-cu ildə isə Lohanın adı “Rolex” saatlarının oğurlanmasında hallanıb.
5. Sonuncu qalmaqallı hadisələrdən biri də Lohanın yatdığı kişilərin siyahısını açıqlaması olub. Siyahıya inansaq, o, Adam Livayn, Ceyms Franko, hətta Eşton Kaçer kimi məşhur aktyorlarla cinsi münasibətdə olub. Siyahıda 36 adamın adı keçir. Lohan qeyd edir ki, siyahını xəstəxanada müalicə alarkən tərtib edib. Tibb bacılarından biri isə siyahının fotosunu çəkərək onu ictimaiyyətdə yayımlayıb.
Görünür, Lohanın heç də asan olmayan həyatı var. O, çətin həyat keçirdiyini dəfələrlə şoularda bəyan edib.
Nura
..
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf