Bilgi.az
Nəhəng hörümçək efiri tutdu
Şotlandiya tamaşaçıları "BBC" kanalınında xəbərlər
yerinə vəhşi təbiət verilişləri ruhunda görüntüyə baxmalı
olublar.
Publika.az-ın məlumatına görə, aparıcı Qrem Stüart son xəbərləri
şərh edərkən ekranın kənarında şikarına cuman nəhəng hörümçək peyda
olub.
Məsələ bundadır ki, kiçik həşərat hörümçəyin kameranın obyektivinə
hördüyü tora ilişir. Tezliklə hörümçək özü də peyda olur. Hadisə
videokameranın linzasına yaxın məsafədə baş verdiyindən milçəyi
udan hörümçək tamaşaçılara nəhəng görünür. O şikarını tez ələ
keçirib kadrdan çıxır.
Aparıcı hörümçəyin peyda olmasını təbii olaraq hiss etmir. Həmin
buraxılışın videoyazısı sosial şəbəkələrdə tez yayılmağa başlayır,
Qrem Stüart isə daha sonra hörümçəklə bağlı hadisədən bixəbər
olduğunu etiraf edərək, yalnız “Tvitter”ə baxdıqdan sonra
bilib.
Britaniya KİV hörümçək ucbatından xəbərə diqqət yetirməyən
tamaşaçıları da unutmayaraq: Stüartın Aberdində keçirilən Gənclər
Festivalının sədrinin istefa verməsi barədə danışdığını
bildirirlər.
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi