Bilgi.az
Canavarlar demokratik, itlər isə avtoritardır
Canavarlar qərarları birgə qəbul edib bir-birinə kömək edir. İtlər isə yalnız əmr verir və tabe olur. Bu haqda fikirlər Friderike Ranqe və Sofiya Viraninin Amerika etoloji cəmiyyətinin illik konfransında səsləndirilib. Sofiya Virani Avstriyada canavarların tədqiqatı mərkəzində çalışır.
Bu faktlar Ranqe və Viraninin Mərkəzi qoruqda (Ernstbrunn, Aşağı Avstriya) saxlanılan it və canavar sürüsü arasında apardığı təcrübədən sonra məlum olub. Alimlər dominant erkəyin (it və ya canavar) yanına az fəal həmcinsini qoyublar. Heyvanın yoldaşının da qarşısına bir qab yemək qoyulub. "Hakim" it hər zaman tək yeyib. "Hakim" erkək canavar isə hər zaman öz yeməyini digər canavarlarla bölüşüb. Aşağı səviyyəli itlər "hakimin" qarşısında qaba belə yaxınlaşmayıb.
Digər təcrübədə isə it və canavar sürüsünün gizlədilmiş şirniyyatı necə axtarmaları müəyyən edilib. Hansı tərəfə qaçmağı qərara alanadək canavar sürüsü aralarındakı əks mövqedə olan canavarlarla razılığa gəldikdən sonra hərəkət edir. İtlərdə isə qərarı "hakim" verir və onun əksinə çıxanlara aqressiv münasibət göstərərək öz bildiyini edir.
Ranqe və Virani insan və it arasındakı münasibətin ierarxik xarakter daşıdığını da müəyyən edib. "İt insanın dostudur" deyimi ilə alimlər razılaşmayıb. Onlar bunu "biz əmr edirik, itlər hərəkət edir" deyimi ilə formulə ediblər. Çünki biz insanlar daha çox sakit və asılı itləri əhliləşdiririk.
Digər bir təcrübədə isə 20 it və təbiətdə yaşayan 10 canavara içərisində sosiska olan ağzı bağlı konteyner verilir. İtlər gücü çatmadığından konteyneri açmağa belə cəhd etmir. On canavardan səkkizi isə konteynerin ağzını aça bilib. Bu isə itlərdə birliyin olmadığını sübut edir. İtlər fərdi şəkildə heç də canavarlardan ağılsız deyil. Lakin sahibinin yanında qaldıqca onlar asılı vəziyyətə düşür və müstəqil qərar qəbul edə bilmir.
Nura
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı