Bilgi.az
Möhtəşəm türk səhər yeməyi - FOTO
Sağlam, ləzzətli və qidalandırıcı olması ilə tanınan türk səhər yeməyi kiçik qablarda şirin və duzlu yeməklərdən, çörək və bitməyən çaydan ibarətdir. Türklər səhər yeməyinə xüsusi önəm verir.
Publika.az">Publika.az xəbər verir ki, türk səhər yeməyinə adətən pomidor çığırtması (menemen) daxildir. Xiyar, pomidor, zeytun, müxtəlif pendirlər, bal, qaymaq, mürəbbə, kərə yağı və sosiska səhər yeməyinin ayrılmaz parçasıdır. Bu səhər yeməyi formasına Türkiyədə “sərpmə kahvaltı” deyilir.
Səhər yeməyinin unikallığı ondan ibarətdir ki, saysız-hesabsız qidalandırıcı təamları ilə bütün ailəni, dostları, qohumları ətrafına toplayır və müxtəlifliyi ilə hər kəsin gözünü qamaşdırır.
Türk səhər yeməyinin başqa bir ayrılmaz parçası da simitdir. Küncütlü simit və yumşaq baton çörəyi türk xalqının sevimli qidalarındandır. Xüsusilə tez yeyilən səhər yeməyi üçün bir dilim pendir və bir simit kifayətdir. Həm gənclər, həm də yaşlılar simit yeməyi sevir.
Türk Çay Mədəniyyəti
Türkiyədə hər bir “sərpmə kahvaltı” çay və ənənəvi lalə formalı fincanlarla bəzədilir. Çay türklərin həyatına gec daxil olsa da, 5000 illik tarixə malikdir və artıq türk mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Çay günün istənilən vaxtı içilir və səhər yeməyinin əvəzolunmazıdır. İnanılmaz səhər həzzinizi tamamlamaq üçün sizə lazım olan tək şey bir fincan gözəl türk çayıdır. Qara dəniz bölgəsindən yığılan çay yarpaqlarından dəmlənmiş çayı içməyi unutmayın.
Pendir
Ağ pendir istənilən türk səhər yeməyi süfrəsində mütləq olmalıdır, lakin tipik bir türk səhər yeməyinə onlarla müxtəlif növ pendir daxildir. Anadoluda pendir çeşidləri demək olar ki, sonsuzdur: Qars kaşarı, Qars qruyeri, Van otlu pendiri, lor pendir (az duzlu, az yağlı pendir), dil pendiri (saçaqlı təzə süd pendiri) və s.
Zeytun
Adətən həm qara, həm də yaşıl zeytun servis edilir.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi



































.jpg)

.jpg)