Bilgi.az
Sahibi ölən it qəbirdən çəkilmədi – FOTOLAR
İtlərin sədaqəti haqda çox danışılıb. Əbəs yerə itlər ilk əhliləşdirilmiş ev heyvanı olmayıb. Bu dəfəki sadiq it Hindistanda tapılıb. Tommi adlı itin 18 yaşlı sahibi Baskar Şri yol qəzasında həlak olduqdan sonra vəfalı dostu düz 2 həftə onun qəbrindən kənara çəkilməyib. Tommi 15 gündür, gecə-gündüz ac-susuz qalır.
Gənc tikinti işçisi olan Baskar 5 il bundan qabaq Tommini himayəsinə götürüb. O vaxtdan etibarən iki dost bir-birindən ayrılmayıblar. Zavallı it indi də yol qəzasında ölmüş Baskarın məzarını tərk edə bilmir.
Günlərlə ac qalan iti Hindistanda fəaliyyət göstərən "Blue Cross" cəmiyyətinin üzvü tapıb. Onu tapan təşkilat üzvü deyib: "Onu təzə qazılmış qəbrin üzərində gördüm. Bir neçə gündən sonra əraziyə gəldikdə, yenidən o itin eyni yerdə, eyni vəziyyətdə oturduğunu gördüm. Sanki həftələrlə yerindən tərpənməmişdi".
Heyvana yaxınlasan işçi itin gözlərində yaş və üzündə yorğunluq ifadəsi görüb. Acından taqətdən düşmüş itə su və biskvit verilib, lakin heyvan yeməkdən imtina edib. Əməkdaş it haqqında məlumatı kənd sakinlərindən əldə edib. İt qəbiristanlıqdan Baskarın anasına təhvil verilib.
Nura
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir