Bilgi.az
Meymunçiçəyinə yoluxan həkim VİDEO paylaşdı
“TikTok”da “thatgaydoctor” ləqəbi ilə tanınan, əsl kimliyini gizli saxlayan Çikaqolu həkim meymunçiçəyinə yoluxduğunu bildirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı həkim Tik-Tokda video paylaşaraq bədənində əmələ gələn qabarcıqları və yaraları göstərib.
“İnana bilmədim, əvvəllər düşünürdüm ki, meymunçiçəyi çox nadirdir, lakin bu, onun yoluxucu olduğunu göstərir. İnsanları məlumatlandırmaq üçün bu görüntüləri paylaşıram. Bir səhər oyananda limfa düyünlərimin şişdiyini gördüm, bütün günü özümü inanılmaz dərəcədə yorğun və əzgin hiss etdim. Tərlədim, bədənin müxtəlif yerlərində qəribə qabarcıqlar görünməyə başladı. Üzümdə, boynumda, qollarımda və kürəyimdə səpkilər əmələ gəldi. Gördüyünüz kimi, limfa düyünləri çox şişib. Özümü o qədər yorğun hiss edirəm ki, 15 saat yatmışam, hələ də gözlərimi açmaqda çətinlik çəkirəm”, - həkim qeyd edib.
* Afrikanın qərbində aşkar edilən bu xəstəlik mayın sonundan endemik olmayan ölkələrdə də aşkarlanıb. Hazırda ən çox yoluxma halları İngiltərə, İspaniya və Portuqaliya kimi Avropa ölkələrində, ABŞ-da qeydə alınıb.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır







.jpg)





























