Bilgi.az
Coca-Cola Rusiya bazarını tamamilə tərk edir
“Coca-Cola”nın Rusiyadakı distribütoru olan “Coca-Cola HBC” (Coca-Cola Hellenic) Rusiyada brend içkilərin istehsalını və satışını dayandırmaq barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Şirkət açıqlamasında bildirib ki, distribütorun Rusiyadakı ehtiyatları hazırda tükənmə ərəfəsindədir. Bu baş verdikdən sonra şirkət artıq “Coca-Cola” və ya “The Coca-Cola Company”-nin digər markalarını Rusiyada istehsal etməyəcək və satmayacaq. Hazırda Rusiyada şirkətin on zavodu fəaliyyət göstərir.
Şirkət hələ mart ayında Rusiyanın Ukraynada başlatdığı xüsusi hərbi əməliyyatlar fonunda Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlamışdı. Daha sonra “The Coca-Cola Company”nin baş direktoru Ceyms Kuinsi bildirib ki, o, gələcəkdə şirkətin Rusiya bazarından tamamilə çıxacağını istisna etmir.
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı

































.jpg)


