Londonlular rus milyonçusunun qızının avtomobilini görüb şoka düşdülər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Londonlular rus milyonçusunun qızının avtomobilini görüb şoka düşdülər - FOTOLAR

Britaniya paytaxtı son onilliklərdə dünyanın ən varlı adamlarının uşaqlarının sevimli məskəninə çevrilib.

Rus oliqarxları, ərəb şeyxləri, hətta Meksika narkobaronları da övladlarını məhz Dumanlı Albiona göndərirlər.

Milyonçu uşaqları öz dəbdəbəli həyat tərzləri, bahalı avtomobilləri, şıltaq hərəkətləri ilə başqalarından seçilirlər.

Bəzən adama elə gəlir ki, londonluları daha heç nə ilə heyrətləndirmək olmaz. Hər halda, onlar özləri bu fikirdədirlər.

Lakin keçən həftə Rusiyadan olan 21 yaşlı tələbə Darya Radionova öz avtomobili ilə paytaxt küçələrini gəzməyə çıxanda londonlular yanıldıqlarını anladılar.

Daryanın avtomobilinə baxan ingilislərin heyrətdən ağızları açıq qalmışdı.

Publika.az xəbər verir ki, britaniyalılar o qədər heyrətlənib ki, 21 yaşlı tələbəyə məşhur "Daily Mail" qəzeti ön səhifəsini həsr edib.

Zarafat deyil, Daryanın avtomobili ərəb şeyxlərinin övladlarının belə bahalı idman avtomobillərini kölgədə qoyub.

Belə baxanda, rusiyalı tələbənin "Mercedes CLS 350" maşını o qədər də baha deyil. Britaniya funtu ilə cəmi 25 minə ( 40 min dollar). Məsələ başqa şeydədir. Daryanın avtomobili başdan-başa svarovski daşları ilə bəzədilib.

Jurnalistlərə müsahibəsində Darya deyib ki, həmişə qeyri-adi avtomobil arzusunda olub:

"Maşınımı bəzəmək üçün daşları Rusiyada sifariş etdim. Elə avtomobili bəzəmək üçün də mütəxəssisləri vətənimdən dəvət etdim. Bu adamlar sutkada 12 saat dayanmadan çalışdılar. İndi xoşbəxtəm. Küçə ilə maşını sürəndə həm piyadaların, həm də digər sürücülərin diqqəti məndə olur".

Avtomobili ilə şəhərə ilk dəfə gəzintiyə çıxarkən Darya maşınını "Harrods" Ticarət Mərkəzinin yanında park edib. Dərhal maşının ətrafına xeyli insan yığışıb. Onlar daş-qaşla bəzədilmiş, "alışıb-yanan" avtomobilin fonunda şəkil çəxdiriblər. Darya buna etiraz etməyib. Hətta istəyənlərlə özü də şəkil çəkdirib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm