Bilgi.az
Planetin 25 ən qorxunc yeri - FOTOLAR
Publika.az planetin təhlükəli və sirli olan gerçək yerləri haqda məlumatı diqqətinizə çatdırır.
Praqada qədim yəhudi qəbiristanlığı
Qəbiristanlıq 4 əsr müddətində yaranıb (1439-cu ildən 1787-ci ilədək).
Yəhudi qəbiristanlığının kiçik bir hissəsində yüz mindən çox insan basdırılıb. Qəbirlərin sayı isə 12 000-i aşır. Maraqlısı budur ki, burada qəbir üstündən qəbir qazılıb. Qəbiristanlığın elə bir hissəsi var ki, orada 12 meyitin qəbiri üst-üstə yerləşir. Təzə meyitlər köhnə qəbirlər üzərində basdırılıb. Nəticədə yaranmış mənzərə isə nəinki qeyri-adi, hətta qorxuncdur.
Atılmış kuklaların adası, Meksika
Meksikada maraqlı bir atılmış ada mövcuddur. Adanın sakinləri kuklalardır. Deyilənlərə görə, adanın yaxınlığında boğulub ölən qızın ruhunun rahatlıq tapması üçün Culian Santana Barrera adlı tərkidünya insan 1950-ci ildə zibil qablarından kuklaları toplayaraq adanın müxtəlif yerindən asmağa başlayıb. Culianın özü isə 2001-ci ilin aprelində adada boğularaq ölüb. İndi isə adada 1000-ə yaxın kukla eksponatı var.
Xasima adası, Yaponiya
Xasima – 1887-ci ildə əsası qoyulmuş kömür şaxtaçılarının keçmiş məskəni olub. Bura dünyanın ən sıx məskunlaşdığı ərazisi hesab olunub. 1959-cu ildə adanın sahil xəttindən 1 kilometr məsafəyə qədər olan ərazisinə 5259 nəfər insan yerləşdirmək olardı. Şəhərdə kömür çıxarılması dayandırıldıqdan sonra şaxta bağlandı və ada şəhər kimsəsiz şəhərlərin siyahısına düşdü. 1974-cü ildən bəri binalar kimsəsiz qalıb.
Sümükdən hazırlanmış kilsə, Portuqaliya
Kapella XVI əsrdə fransız əsilli rahib tərəfindən tikilib. Kilsənin özü çox da böyük deyil: uzunluğu 18,6 metr, eni 11 metr. Ancaq burada 5 mindən çox rahibin sür-sümükləri qorunub saxlanır. Kilsənin damında isə belə bir cümlə yazılıb: "Melior est die mortis die nativitatis" (Doğum günündənsə, ən yaxşı gün ölüm günüdür).
İntihar edənlərin meşəsi, Yaponiya
Yaponiyanın Honşü adasında yerləşən Aokiqaxara Dzyukay meşəsinin qeyri-rəsmi adı bu anlama gəlir – intihar edənlər meşəsi. Meşə burada intihar edənlərin sayına görə məşhurdur. Bundan əlavə, meşə yapon əfsanələrinə görə, cin və ruhların məskunlaşdığı ərazidir.
San-Fransiskonun Qızıl darvaza körpüsündən sonra bura ən çox intihar edilən ərazidir. Meşənin girişində isə yapon hökuməti üzərində belə bir yazı həkk olunan lövhə yerləşdirib: "Sizin həyatınız valideynləriniz tərəfindən verilmiş ən dəyərli vergidir. Onlar və ailəniz haqda düşünün. Siz tənhalıqda əziyyət çəkməməlisiniz. Bizə zəng edin: 22-01-10".
İtaliyada atılmış ruhi xəstəxana
Braziliyalı rəssam Herbert Baqlione nə zamansa ruhi xəstəxana kimi fəaliyyət göstərmiş binanın içərisində incəsənət nümunələri yaradıb. O, binanın divarlarında ərazinin ab-havasını əks etdirib.
Müqəddəs Georgi kilsəsi, Çexiya
Çexiyanın Lukova kəndində yerləşən kilsə 1968-ci ildən bəri atılmış olaraq qalır. Həmin il kilsədə keçirilən dəfn mərasimində dam uçub. Rəssam Yakub Xadrava ruh şəkilli heykəlləri kilsədə yerləşdirməklə oraya qorxunc bir görkəm verib.
Parisdə katakombalar
Katakombalar – Paris şəhərinin altında dolambac mağara və yeraltı tunellərdir. Tunelin ümumi uzunluğu 300 kilometrdir. Bu katakombalarda XVIII əsrdən bəri 6 milyon insan basdırılıb.
Sentreyliya şəhəri, ABŞ
50 il bundan qabaq yer altında baş vermiş yanğının alovu indiyədək davam edir. Nəticədə şəhər sakinləri ərazini tərk edib.
Akodessevanın sehrli bazarı, Toqo
Afrikada yerləşən Toqo dövlətinin paytaxtı Lome şəhərinin düz mərkəzində yerləşən Akodesseva bazarında cadugərlik üçün sehrli əşyalar tapa bilərsiniz. Toqo, Qana və Nigeriyada yaşayan insanlar hələ də kuklaların möcüzəsinə inanır və vudu ilə məşğul olur.
Taun adası, İtaliya
İtaliyanın şimalında Povelya adası yerləşir. Hələ Roma imperiyası zamanından taun xəstəliyinə tutulmuş insanlar bu adaya sürgün olunublar. Nəticədə, burada 160 min insan basdırılıb. Buna görə də, paranormal tədqiqatçılar adanı dünyanın ən qorxulu yerlərindən iri hesab edir.
Overtun körpüsü, Şotlandiya
Şotlandiyanın Milton kəndi yaxınlığında köhnə tağşəkilli körpü yerləşir. XX əsrin ortalarında burada qəribə bir hadisələr baş verib: onlarla it 15 metr hündürlükdən özünü yerə ataraq ölüb. Sağ qalan itlər yenidən körpüyə qayıdaraq özlərini körpüdən atırlar. Ta ki ölənədək...
Körpü dördayaqlıların "qatilinə" çevrilib.
Nura
-
MDB11:00
Deputatdan təklif: Bu uşaqların valideynləri cəzalandırılsın
-
Region10:30
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək