İdman
Lamin Yamal "Barselona" üçün tarixi rekorda imza atdı
"Barselona"nın vingeri Lamin Yamal klubun tarixinə avrokuboklarda ən gec vurulan penaltinin müəllifi kimi düşüb.
Publika.az xəbər verir ki, bu barədə "Opta" analitik portalı məlumat yayıb.
Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsinin "Nyukasl"la keçirilən ilk oyununda (1:1) 18 yaşlı ispaniyalı futbolçu, Malik Tiavon Dani Olmonu yıxdığına görə təyin edilən 11 metrlik cərimə zərbəsini soyuqqanlılıqla reallaşdırıb.
Lamin Yamal qolu vuran zaman tabloda vaxt 95:50-ni göstərirdi – bu, "Barselona"nın Çempionlar Liqası tarixində vurduğu ən gec penalti qolu kimi qeydə alınıb.
Kataloniya klubu ilə "Nyukasl" arasındakı cavab qarşılaşması martın 18-də baş tutacaq. Oyun Barselonadakı "Spotify Camp Nou" stadionunda keçiriləcək.
Hüseyn İbadlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)





















.jpg)

.jpg)