İdman
Qvardiola gələcəyi ilə bağlı qərarını rəsmən açıqladı
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubdan ayrıldıqdan sonra məşqçilik karyerasında fasilə verəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis bildirib ki, “Siti”dəki mərhələsi başa çatdıqdan sonra müəyyən müddət futboldan uzaqlaşacaq.
“Mən bilirəm ki, “Siti”dəki bu mərhələdən sonra dayanacağam. Bu dəqiqdir, bu artıq qərara alınıb. Bunun nə qədər davam edəcəyini bilmirəm. Bir il, iki il, üç, beş, on, hətta on beş il – bilmirəm. Amma “Siti”dən sonra mütləq dayanacağam. Mənə dayanmaq və özümə, bədənimə diqqət yetirmək lazımdır.
Katalon dilində buna “badar” deyirlər. Mən də məhz bunu etmək istəyirəm. Sadəcə dayanmaq və qatar keçərkən inəklərin baxdığı kimi baxmaq. Babam deyərdi ki, “sən mənə qatar keçəndə baxan inəklər kimi baxırsan”. Məhz buna görə dayanmaq və hər şeyin yanından keçib getdiyini izləmək lazımdır”, – deyə Qvardiola bildirib.
Qeyd edək ki, 55 yaşlı mütəxəssis məşqçilik karyerasına 2007-ci ildə başlayıb. O, müxtəlif dövrlərdə “Barselona”, “Bavariya” və “Mançester Siti” klublarını çalışdırıb.
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər


















.jpg)










.png)


.jpg)




