Dünya
BƏƏ-dən İranla bağlı şok qərar
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayan iranlı mənbələr əmirlikdə iranlılara məxsus farsdilli məktəblərin fəaliyyət icazələrinin ləğv ediləcəyi barədə məlumat yayıblar.
Publika.az xəbər verir ki, məlumatlı bir mənbənin sözlərinə görə, Dubayda fəaliyyət göstərən bütün İran məktəblərinin lisenziyalarının ləğvi barədə BƏƏ hökumətinin qərarı var.
Gunaz.tv Dubaydakı farsdilli "Tohid" məktəbinin direktorunun özünün İnstaqram səhifəsinin hekayə bölməsində paylaşdığı mesajdan bəhs edib. Həmin şəxs bildirib ki, bu təhsil mərkəzinin təxminən 60 illik fəaliyyətindən sonra bağlanacaq.
Tohid məktəbi Dubaydakı iranlı icmasının köhnə təhsil müəssisələrindən biri hesab olunurdu və uzun illər bu şəhərdə yaşayan iranlı ailələrin uşaqlarına təhsil verirdi.
Bu hadisələr İran və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin müharibənin başlaması, eləcə də Əmirliyin müxtəlif bölgələrinə dron və raket hücumlarından sonra ciddi şəkildə gərginləşdiyi bir vaxtda baş verir.
-
Səhiyyə20:48TƏBİB sədrinə müşavir təyin olundu - Foto
-
Dünya20:12İrandan qayıdan ailənin 8 üzvü faciəvi şəkildə HƏLAK OLDU
-
Hadisə19:24Şadlıq evindən qopan daş bəy atasının həyatına son qoydu - Yeniləndi
-
Sosial19:12Türkiyəli aktrisa Bakıda yol qaydasını pozdu
-
MDB17:10İrəvandan Kremlə xəbərdarlıq: Ermənistan KTMT və Aİİ-dən bu halda çıxacaq
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib


































