Ən gülməli boşanma qaydaları
Bizi izləyin

Bilgi.az

Ən gülməli boşanma qaydaları

Dünyanın müxtəlif yerlərində fərqli boşanma üsulları var.

Məsələn, maraqlı boşanma üsullarından birini İngiltərə şəhərciyində görmək olar. Əgər insan kilsəyə daxil olub əlini Bibliya kitabının üzərinə qoyaraq bütün il boyu izdivacından peşman olmadığını desə, ona donuz budu mükafatı verilir. Bu ənənə artıq 350 ildir ki, hökm sürür. Əlyazmalardan məlum olur ki, bu illər ərzində yalnız 8 dəfə donuz budu mükafatı verilib. Publika.az maraqlı boşanma üsullarını təqdim edir.

Maraqlıdır ki, XVIII əsrə kimi Uelsdə nikahı adi süpürgə ilə pozmaq olardı. Deməli, süpürgə çıxış qapısının arasına qoyulardı. Tərəflərdən biri süpürgənin üstündən tullana bilsə, nikah pozulurdu.

Afrika sahillərində çox kiçik bir ada var. Ada sakinləri çox asan bir yolla boşana bilər. Burada yalnız qadınlar boşana bilərlər. Ərindən boşamaq üçün qadın, sadəcə, kişinin əşyalarını çölə tullayır və bununla da onlar boşanmış hesab olunurlar.

Monteneqroda da maraqlı bir boşanma üsulu olub. Ər və arvad kəndirin bir ucundan yapışırlar. Sonra onlar kəndirin ortaq nöqtəsini taparaq ortadan kəsirlər. Bununla da, onlar rəsmən ər-arvad hüququndan məhrum olurlar.

Afrikada yaşayan Naraqu qəbiləsində də maraqlı boşanma üsulu var. Toy mərasimindən sonra gənclər maska geyirlər. Əgər onlardan biri bir il müddətində maskanı çıxartmasa, onların evlik həyatı pozulur.

Qədim Romada isə kişi istənilən qədər evlənə bilərdi. Lakin qadınlar ömürlük ərə gedirdilər. Qadın ərindən imtina etsə o, öldürülürdü.

Yama adasında isə boşanmaq çox asandır. Cinsindən asılı olmayaraq kimsə boşanmaq istəsə, bunun üçün 5 ağac əkmək kifayətdir.

Qədim İngiltərədə ər arvadını satdıqdan sonra boşana bilərdi. Satılan arvadın qiyməti 1 şillinqdən aşağı olmamalı idi. Arvadı kimsə satın alardısa, nikah pozulmuş hesab olunurdu. XXI əsrdə də belə hala rast gəlmək mümkündür. Məsələn, Cozef Tompson arvadını 12 şillinqə satıb. Hələ bonus kimi üstündə itini də verib.

Birləşmiş Ərəb Əmirliyində siz bir SMS-lə boşana bilərsiniz. Yeganə şərt isə budur: ismarıcda yazı səhvi olmamalıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm