Bilgi.az
“Barak Obama”nın həyatına təhlükə: O qorxur – FOTOLAR
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın indoneziyalı oxşarı olan 40 yaşlı İlham Anas həyatının təhlükədə olacağına görə qorxu yaşayır.
İlham Anas Cakarta şəhərində yaşayır. Onun sözlərinə görə, ABŞ prezidentinin oxşarı olmaq onu və ailəsini maddi cəhətdən təmin edib. Anas ciddi geyimdə ictimaiyyət qarşısına çıxarkən onu tez-tez Obama ilə səhv salırlar.
O deyib: "Amerikada olanda liftə minmişdim. Yanımda yaşlı bir qadın vardı. Məni görən kimi qadının həyəcandan ürəyi getdi".
Qeyd edək ki, Barak Obama ABŞ prezidenti postuna seçildikdən sonra ona oxşar insanların siyahısı hazırlanıb. İlhamın yoldaşları onun Obamaya çox oxşadığını deyiblər. Bundan sonra İlham Anas müsahibə üçün İndoneziyanın mərkəzi televiziyasına dəvət edilib. ABŞ hökuməti onun barədə xəbər tutduqdan sonra İlham Amerikaya dəvət edilib.
Hava limanında da İlham Anası səhvən prezident bilərək saxlayıblar. Cakartada fotoqraf işləyən 2 uşaq atası İlham Anas küçəyə çıxarkən kütlə onun ətrafına toplaşır. Prezidentə bənzədiyi üçün İlham Anas bəzən öz həyatı üçün təhlükə yarana biləcəyindən ehtiyat edir, çünki o, müsəlman ölkəsində yaşayır.
Amma İlham prezidentin oxşarı rolunda çıxış etsə də, indiyədək heç zaman Barak Obama ilə görüşməyib. O deyib: "Mən boynuma götürdüyüm işin nə dərəcədə təhlükəli olduğunu anlayıram. Lakin Barak Obama ilə şəxsən heç zaman görüşməmişəm. O, İndoneziyaya gələndə mən Los-Ancelesdə idim. Özümü Barak Obama kimi qələmə verməklə məşğul idim. Əgər onunla nə vaxtsa görüşə bilsəm, birgə şəkil çəkdirmək istərdim".
Nura
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...