Bilgi.az
Ölüm ayağında olan qızcığaz – o, hər gün minlərlə məktub alır – FOTOLAR
Xoşbəxtlik, sevgi və mehriban diləklər dolu minlərlə məktub ABŞ-ın Yuta ştatında yerləşən Founteyn-Qrin şəhərciyinə göndərilir. Addi Fausetin evi məhz burada yerləşir. Qızcığazın yaşamaq üçün artıq 1 ildən də az vaxt qalıb.
Xarici mətbuatın verdiyi məlumata görə, uşaq diaqnozu məlum olmayan xəstəlikdən əziyyət çəkir. Nəticədə, qızcığaz baş-beyin atrofiyasına düçar olub. Onu hətta ölkənin ən yaxşı həkimləri belə müalicə edə bilməyiblər.
Altı yaşlı Addinin sonuncu milad bayramını keçirdiyini görən çarəsiz nənə nəvəsini sevindirmək üçün maraqlı bir çıxış yolu tapıb. Marri Censen "Facebook" səhifəsində Addi haqqında məlumat verərək ev ünvanını, poçt hesabını yazıb. Marri insanlardan, sadəcə olaraq, nəvəsi üçün sonuncu dəfə milad açıqcaları göndərmələrini istəyib. İndi isə dünyanın bir çox yerlərində insanlar əlindən gələni edir ki, balaca qız həyatının ən unudulmaz milad bayramını qeyd edə bilsin.
Marri Censenin sözlərinə görə, nəvəsi haqda Facebook-da xəbər verməklə bir məqsəd güdüb: Addi düşünsün ki, çoxlu dostu var və onu sevirlər. Bu üsul həqiqətən də effekt verib.
Qızcığazın anası Tami Fausetin sözlərinə görə, onların evinə dünyanın müxtəlif bölgələrindən gün ərzində minlərlə milad açıqcası gəlir.
Tami ürək sözlərini də paylaşıb: "Bəzən adi bir açıqca az əhəmiyyət daşıyır. Lakin mənim qızcığazım üçün onların hər biri çox önəmlidir".
Hər gün açıqca alan qızcığaz isə onu tək qoymayan və ona dəstək olan bütün insanlara minnətdardır.
Nura
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO