Bilgi.az
Qəhvə masajının möcüzəsi
Qəhvə orqanizm üçün çox faydalıdır. Gündə 2 fincan qəhvə içən insan daha enerjili, aktiv olur və onun zehni fəaliyyəti güclənir. Qəhvənin faydalarını sadəcə içməklə əldə etmək olmaz. Ondan gözəllik proseduralarında da istifadə edə bilərsiniz. Xüsusilə də qadınların başına bəla olan sellülitdən qurtulmaq üçün qəhvə ən yaxşı vasitədir.
Publika.az sellülitdən xilas edən qəhvə ilə hazırlaya biləcəyiniz maska reseptlərini və qəhvə masajının faydalarını təqdim edir:
Maska 1
Tərkibi:
Kətan toxumunun yağı
Zeytun yağı
Qəhvə tozu
Hazırlanması:
Bu maskanı hansı bölgəyə çəkəcəyinizi nəzərə alaraq lazım olan məhsulları gözəyarı qabın içərisinə töküb qarışdırın. Bu qarışımı sellülitli bölgəyə çəkib 1 dəqiqə gözləyin. Daha sonra 5 dəqiqə masaj edin. Soyuq su ilə maskanı təmizləyin.
Maska 2
Tərkibi:
1 xörək qaşığı bədən kremi
2 xörək qaşığı dənəvər qəhvə
Hazırlanması:
Qəhvə ilə kremi yaxşıca qarışdırın. Əvvəlcə ilıq suyla duş alın ki, qan dövranınız sürətlənsin. Daha sonra qəhvəli kremi sellülitli bölgəyə çəkib ən az 5 dəqiqə masaj edin. Daha sonra ilıq su ilə maskanı təmizləyin.
Maska 3
Tərkibi:
1 fincan susam yağı
4 ədəd döyülmüş aspirin
4 ədəd limonun suyu
1 xörək qaşığı nanə yağı
1 xörək qaşığı rozmarin yağı
1 fincan türk qəhvəsi
Hazırlanması:
Maska üçün lazımlı olan bütün məhsulları bir qabda qarışdırın. Təmiz dəriyə çəkib masaj edin. 15 dəqiqə sellülitli bölgədə saxlayıb ilıq suyla durulayın. Həftədə 1 dəfə tətbiq edə bilərsiniz.
Ləman Sultan
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR