Bilgi.az
Dünyada neçə Qarabağ var? - İnanılmaz araşdırma
Türkiyənin Afyonkarahisar vilayəti, Bolvadin rayonunda Azərbaycanın Qarabağ bölgəsinin insanları ilə eyni köklərdən olan xeyli sayda insan yaşayır. Qarabağlılar xüsusilə Bolvadin rayonun Böyükqarabağ qəsəbəsi və Ortaqarabağ kəndində kompakt məskunlaşıblar.
Türkiyə səfirliyindən Publika.az saytına verilən xəbərə görə, Bolvadin rayon mərkəzi və Qarabağ adlı qəsəbə və kəndlərdə hal hazırda gündəlik həyatda istifadə olunan bir çox söz Azərbaycan dili ilə eynidir. Aparılan tədqiqatlar Türkiyədə məskunlaşan qarabağlılarla Qarabağ insanı, ümumilikdə Azərbaycan türkləri arasında mədəniyyət, adət-ənənə, məişət, folklor və dil xüsusiyyətləri baxımından bir çox ortaq nöqtələri üzə çıxarıb.
Türkiyə Nazirlər Kabineti nəzdində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğu tərəfindən başladılan layihə çərçivəsində Türkiyənin Afyonkarahisar vilayətində yaşayan və əslən Qarabağdan olan insanlar arasindakı müştərək dəyərlər, Türkiyə və Azərbaycanın ortaq mədəniyyəti konteksində daha da dərindən araşdırılacaq. Araşdırmalar nəticəsində ortaya çıxan faktlar, xalqlarımız arasında ortaq tarix və mədəniyyət şüurunun formalaşdırılması istiqamətində ictimaiyyətə çatdirilacaq.
Layihənin həyata keçirilməsində əsas məqsəd, doğma yurd-yuvalarının işğal edilməsi nəticəsində köçkünlük həyatı yaşayan və vətən həsrəti çəkən qarabağlıları Türkiyədəki qardaşları ilə bir araya gətirmək və bu çətin günlərində tək olmadıqlarını hiss etdirməkdir.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz

















.jpg)


















