Bakıda qadını kirayə qaldığı evdə öldürüb qaçan şəxs tutuldu
Bizi izləyin

Kriminal

Bakıda qadını kirayə qaldığı evdə öldürüb qaçan şəxs tutuldu

Bakıda törədilmiş qətlin üstü açılıb.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 14-də Bakı şəhər sakini İradə Mütəllimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Camal Əliyev saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm