Bakıda 15 yaşlı "avtomobil ovçusu" ələ keçdi – FOTO
Bizi izləyin

Kriminal

Bakıda 15 yaşlı "avtomobil ovçusu" ələ keçdi – FOTO

Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan İfadə Mehdiyev ona məxsus “Hundai” markalı avtomobilin evinin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal şöbədə araşdırmalara başlanılıb, hadisə yerinə baxış keçirilib və qeyd edilən oğurluq hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 2004-cü il təvəllüdlü İ.H saxlanılıb. O, ifadəsində avtomobili talama məqsədi ilə yox, sürmək üçün qaçırdığını bildirib.

Araşdırma zamanı saxlanılan şəxsin dekabr ayının 16-da Balaxanı qəsəbəsində yaşayan Elvin Xeyrullayevə məxsus “Opel” markalı avtomobili qaçırdığı da məlum olub.

Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm